Şəhərdən kəndə qaçdılar: 1500 manatla bütün yaşamlarını qurdular
21:16 01.07.2022
Dünya
555
"Toyuqları yumurtlayır, tərəvəzi bostandan, meyvələri bağçadakı ağaclardan toplayırlar"
Şəhər həyatından imtina edib təbiət qoynunda olmağı, sakit, təbii kənd yaşamını seçənlərin sayı getdikcə artır. Səbəblər şəhər həyatının bahalığı, səs-küy, rahatlığın olmaması, stresli yaşam tərzidir. Təbiət, sadə kənd həyatının insana rahatlıq, hüzur verdiyi isə şəksizdir. Bir məsələ var, o da əldə bəlli bir vəsaitin olması.
Bir çox insan var ki, şəhərdəki evini, olan-olmaz nəyi varsa satıb kəndə “qaçır”. Onlardan biri də istanbullu Sönməzoğlu ailəsidir. “Şərq” “Milliyet.com”a istinadən Sönməzoğlu ailəsinin şəhərdən kəndə köç etmələrinin hekayəsini təqdim edir. 37 yaşlı Filiz Sönməzoğlu 20 il AVM-də mağaza müdiri işləyib. 38 yaşlı Dəniz Sönməzoğlu isə incəsənətin müxtəlif növləri üzrə müəllimdir. Kəndə köçmək arzuları olub, lakin bunu təqaüd yaşına çatdıqda reallaşdırmağı düşünüblər, taki pandemiya başlayanadək. Pandemiya ailənin köç planının xeyli irəli çəkilməsinə səbəb olub. İstanbuldakı evlərini və əşyaları satıb Sakaryanın Altındərə kəndinə köç ediblər. Kəndə köçmək üçün 15 min TL pul xərcləməli olublar. İndi isə yaşadıqları təbiət qoynunda aylıq məsrəfləri yalnız 8-9 min TL təşkil edir. Yəni bizim pulla 800-900 manat. İşıq pulu, qaz pulu məsrəfləri yarı-yarıya düşüb. Filiz Sönməzoğlu deyir ki, ən böyük xəyalı övladlarının təbii yaşam içində, budağından meyvə, tağından tərəvəz toplaya biləcəkləri bir yerdə yaşamaları olub: “Yerli əhalinin meşədən hər cür qida, ərzaq - şabalıd, göbələk, meyvələr, tərəvəz, şəfalı otlar toplayıb satdığını gördükdə “biz də bu işləri görə bilərik” deyərək qolumuzu çırmayıb işə başladıq. Təbiət insana istədiyi hər nə varsa, təmənnasız verir. Yetər ki, ona zərər verməyəsən”. Sönməzoğlu ailəsi həyətdə kiçik təsərrüfat qurub. Toyuqları yumurtlayır, tərəvəzi bostandan, meyvələri bağçadakı ağaclardan toplayırlar. F.Sönməzoğlu kəndlə şəhərin fərqini belə izah edib: “Kənddə özünüzü şəhərdəki kimi aparsanız, məsrəfləriniz böyüyəcək. Marketlərdə qiymətlər eynidir, istər şəhər olsun, istər kənd. Kənddə yaşayırsansa zəhmət çəkməlisən, əkib-becərməlisən, təsərrüfat saxlamalısan. Burda torpaqlar münbitdir, əkinçiliklə məşğul olmaq sərfəlidir. Fındıq bağçaları var. Toplayıb satmaq olur. İşlər çətindir, amma şəhər həyatı kimi yorucu və stresli deyil. Hər gün hansısa təbiət hadisəsinə şahidlik etmək insana xoşbəxtlik duyğusu yaşadır. Yaxşı ki, bura gəldik. Övladlarımız təbiət qoynunda böyüyəcək, torpağın qədrini biləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə