RT telekanalının baş redaktoru Marqarita Simonyan Novorossiyskdə Ukrayna PUA-larının hücumlarından zərər çəkənlərə yardım təklif edib.
Sherg.az xəbər verir ki, Simonyan “Hazırda kimin yardıma ehtiyacı varsa, yazsın” deyə bildirib.
Qeyd edək ki, gecə saatlarında Novorossiyskə hücum nəticəsində 4 nəfər, o cümlədən bir uşaq həlak olub, 29 nəfər yaralanıb. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Hücum nəticəsində 3 fərdi və 5 çoxmənzilli bina, həmçinin pravoslav kilsəsi və uşaq bağçasına ziyan dəyib.