“Taliban” ABŞ-a ultimatum verdi
16:02 24.08.2021
Dünya
426
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı növbəti mətbuat konfransı təşkil edib.
Tədbir “Əl Cəzirə” telekanalı ilə yayımlanıb.
Hərəkat rəsmisi Zəbihullah Mücahid ABŞ-a ultimatum verərək, təxliyyə prosesinin avqustun 31-dək başa çatmasını tələb edib və bu tarixdən sonra analoji əməliyyatların həyata keçirilməsinə icazə verməyəcəklərini bəyan edib.
O, “Taliban”ın Kabil hava limanına aparan yolları bağladığını və yalnız əcnəbi vətəndaşların keçidinə icazə verildiyini bildirib.
Mücahid yerli sakinləri ölkədə qalmağa çağırıb və ABŞ-ı əfqan elitasını xaricə daşımaqda ittiham edib.
“Taliban” təmsilçisi Türkiyə ilə yaxşı münasibətlər qurmağı istədiklərini, lakin bu dövlətin hərbçilərini ölkədə görmək istəmədiklərini bildirib.
Hərəkat rəsmisi sabahdan etibarən ölkədə bankların fəaliyyətə başlayacağını, yaxın gələcəkdə isə qadın dövlət qulluqçularının da öz işlərinə qayıda biləcəklərini açıqlayıb.
Hazırda müqavimət qüvvələrinin nəzarətində olan Pəncşir vilayətilə bağlı məsələyə toxunan Mücahid mövcud vəziyyətlə barışmayacaqları qeyd edib.
Həmçinin, “Taliban” nümayəndəsi hərəkatın Əfqanıstandakı xarici diplomatik nümayəndəliklərə təhlükəsizlik təminatı verdiyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Piyada şəhərin ən üst pilləsində olmalıdır” - Ekspert
15:54 04.05.2026
Aktual
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz