TASS: Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyi 10-a yaxın ölkə təklif edib

Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlara ev sahibliyi etməyi müxtəlif qitələrdən 10-a yaxın ölkə təklif edib.

Bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

“Belə ölkələrin sayı artıq 10-a yaxındır. Onların arasında həm Avropadan, həm Asiyadan, həm də digər qitələrdən ölkələr var. Bütün tərəflərin konstruktiv qərarlara hazır olduğu aydınlaşdıqdan sonra hansı məkanın seçildiyi elan ediləcək. Bu, mütləq neytral məkan olacaq”, – mənbə bildirib.

Mümkün danışıqlar məkanı kimi nəzərdən keçirilən ölkələrin adları açıqlanmayıb.