
Tofiq Abbasov: Moskva təhlükəsizlik çətirini bütünlüklə rəsmi İrəvanın üzərinə qaldırıb
13:34 01.08.2024
Dünya
606
İyulun 31-də Rusiya sərhədçiləri 32 il sonra İrəvanın “Zvartnots” Beynəlxalq Hava Limanını tərk ediblər. Ermənistan KİV-i buradan çıxan rus sərhədçilərinin iki istiqamətdə xidmətə göndərilməsi üçün tapşırıq verildiyini yazır. Sərhədçilərin bir hissəsinin Ermənistanın Türkiyə ilə, digər hissəsinin isə İranla sərhəd xətti boyu yerləşdiriləcəyi bildirilir. İddialara görə, İrəvan hökuməti bir neçə ay öncə “Zvartnots” Hava Limanına nəzarəti tam ələ almaq üçün Moskvaya müraciət edib. Kreml əvvəlcə bu məsələ ilə razılaşmayıb. Lakin danışıqlar nəticəsində rus hərbçilərinin hava limanını sadəcə Ermənistan sərhədində xidməti davam etdirəcəyi halda tərk etməsi şərti irəli sürülüb. Rusların “Zvartnots”dan ən tez zamanda çıxmasını istəyən Baş nazir Nikol Paşinyanın bu şərtlə razılaşdığı bildirilir.
Rusiyanın "Zvartnots" hava limanından öz sərhədçilərini çıxarmasının müəyyən mənada Ermənistana edilən güzəşt olduğunu vurğulayan politoloq Tofiq Abbasov “Sherg.az”a bildirib ki, bu faktiki olaraq bir o qədər də önəmli hadisə deyil:

“Bu sadəcə olaraq Ermənistanın kövrək və güc strukturlarının zəif olmasına işarə edir. Digər tərəfdən ermənilər mifik tərzdə imkanlarını böyüdürlər və dünyaya müstəqilliyə layiq dövlət olduqlarını göstərirlər. Amma reallıqda Ermənistan çox zəif dövlətdir. Ermənistan hər zaman güc toplamaq və yardım almaq üçün başqalarına arxalanır. İndi də Ermənistan sülh məsələsində özbaşına hərəkət edə bilmir. Hətta rəsmi İrəvana özbaşına addımlar atmamaq barədə qadağa da qoyublar. Onlar ancaq Qərb, xüsusilə də ABŞ və Avropa İttifaqının razılığı ilə hərəkət edirlər. Bu bir daha göstərir ki, Ermənistan cəmiyyətinin imkanları çox kasaddır. İqtisadi proseslərinin 70 faiziniRusiya idarə edir. Ümumilikdə Ermənistanın təhlükəsizliyi Rusiyanın nəzarətindədir. Moskva təhlükəsizlik çətirini bütünlüklə rəsmi İrəvanın üzərinə qaldırıb. "Zvartnots" hava limanından Rusiya sərhədçilərinin çıxması müəyyən dairələrdə Ermənistanın böyük nailiyyəti kimi dəyərləndirilə bilər. Lakin bu belə deyil, çünki 30 ildən artıqdır Ermənistan müstəqilliyini əldə edib və bununla bağlı təmtəraqla hər yerdə danışırlar. Yalnız 4-cü onilliklər başlayanda ruslar bu məsələdə Ermənistana güzəştə getdi. Sözügedən proses isə Qərbin təziqi altında Ermənistanın qazandığı irəliləyişdir. Belə məsələlərin ardı gəlməyəcək. Davamının gəlməsi üçün Ermənistan köklü surətdə xarici prioritetlərinə yenidən baxmalıdır. Birinci burada KTMT və Avrasiya İqtisadi Birliyindən çıxmaq məsələsi dayanır. Ermənistanın yeni istəklərini həyata keçirilmək üçün rəsmi Moskva ilə qarşıdurma meyillərinə gəlməsinə diplomatik resursları yoxdur ".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya
Avropa Jurnalistlər Federasiyası Paşinyanı sərt tənqid etdi
16:08 21.11.2026
Siyasət
Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
15:44 21.11.2026
Ekologiya
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
15:35 21.11.2026
Gündəm