Torpaq əsgərlərdən ibarət ordu
Torpaq əsgərlərdən ibarət ordu
Yusif Sultanoğlu
11:29 28.07.2024
Dünya
647
720 min insan inşa etdi
Bu abidənin inşasında 720 min işçi çalışıb. Abidə qazıntı işləri zamanı təsadüfən aşkarlanıb. Üzə çıxan məzar isə kənd camaatını heyrətə gətirib. Bu, Çində tapılan 2 min il əvvələ aid bişmiş gildən ibarət qədim ordu abidəsidir. Abidə 1974-cü ildə sadə bir quyu qazılarkən aşkarlanıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, quyu qazan kənd camaatı abidəni təsadüfən üzə çıxarıb. Çinin Şanxay əyalətinin əhalisi içməli su sarıdan həmişə əziyyət çəkib. Odur ki, kəndlərdə yaşayan əhali zaman-zaman quyular qazaraq su axtarışına çıxırlar. Növbəti qazıntı zamanı isə kəndlilər gildən fiqur parçaları aşkarlayıb. Məlum olub ki, bunlar, miladdan öncə 221-ci ildə özünü Çinin ilk imperatoru elan eden Qin Shi Huangın qazılmamış məzarının yaxınlığında həqiqi insan və heyvan ölçülərində nəhəng əsgər və atlardan ibarət bir orduya aid abidələrdir. 1987-ci ildə bu abidə UNESCO tərəfindən Dünya Mədəniyyət Abidələri siyahısına daxil edilib. Arxeoloqların bildirdiyinə görə, imperator Qin Shi Huang, 500 mindən artıq əsgərdən ibarət ordusuyla Çini fəth edib, bununla yanaşı Çində o dövr üçün sivil sistem formalaşdırıb. Qazıntılar zamanı Qin Shi Huangun sarayının qalıqları, onu əhatə edən nəhəng ordu, gümüşdən düzəldilmiş su quşları abidələri də üzə çıxarılıb. Bu abidələr sanki canlıdırlar. Abidələr Çində dövlətçilik ənənələrinin əsrlər boyunca necə formalaşdığını göstərir. İmperiyanın paytaxtı Xianyang şəhəri olub, böyük bir metropol olub və burada 270-dən çox saray inşa edildiyi bildirilir. Lakin onlardan yalnız biri qorunub saxlanıb. İmperator özü məzarlıq kompleksinin inşasına başçılıq edib. İnşaatda 720 min işçi çalışıb. Və 8 min əsgərdən 2 mini burada dəfn edilib. Şəhərdə uzunluğu 6 min kilometrə çatan, 12 metr genişliyində yollar olub. İmperator ölümsüzlük axtarışlarına da çıxıb və Şərqi Çin dənizindəki adalarda guya sehirli otlar bitdiyini öyrənib ora dəstə-dəstə əsgərlər göndərib. Lakin onların heç biri geri qayıtmayıb. Beləcə, Çin imperatorunun eynilə Böyük İskəndər kimi ölümsüzlük axtarışları heç bir nəticə verməyib. İmperatordan geri qalansa, nəhəng abidələrdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: “İranda hakimiyyət dəyişikliyini düşünmürəm”
20:58 21.11.2026
Dünya
28 yaşlı hüquqşünas vəfat etdi
20:47 21.11.2026
Hadisə
Nigeriyada gəmi qəzası - Azı 50 nəfər həlak oldu
20:39 21.11.2026
Hadisə
Mübariz Əhmədoglu təcili üzr istəməlidir - Kamran Ramazanlı
20:21 21.11.2026
Cəmiyyət
Çinli gənc milyarder sərvətinin 90 faizini itirdi
19:55 21.11.2026
Dünya
“Qalatasaray” “Samsunspor”u məğlub edərək yeni rekorda imza atıb
19:23 21.11.2026
Futbol
Türkiyədə zəncirvari qəza: 14 nəfər yaralandı
19:03 21.11.2026
Hadisə
Aktrisa boşandığı həyat yoldaşı ilə yenidən bir arada - FOTO
18:51 21.11.2026
Şou
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya