Yaponiyanın avtomobil nəhəngi “Toyota”nın keçmiş prezidenti Hiroşi Okuda 93 yaşında vəfat edib. Sherg.az xəbər verir ki, onun ölümünü ölkənin milli informasiya agentliyi Kyodo News təsdiqləyib.
Okuda 1995–2006-cı illərdə “Toyota”ya rəhbərlik edib. O, şirkətin qurucusu Toyoda ailəsinə mənsub olmayan və təxminən 30 il ərzində “Toyota”ya rəhbərlik edən ilk şəxs kimi tarixə düşüb.
Onun rəhbərliyi dövründə şirkət xaricdə istehsal güclərinin yaradılmasına xüsusi diqqət yetirib. Bu strategiya nəticəsində “Toyota”nın həm Yaponiyada, həm də beynəlxalq bazarlarda satışları artıb.
Okuda həmçinin “Prius” modelinin hazırlanmasında mühüm rol oynayıb. Benzin-elektrik mühərrikli avtomobilin 1997-ci ildə bazara çıxarılması “Toyota”nı hibrid avtomobillərin kütləvi istehsalında qabaqcıl şirkətlərdən birinə çevirib.