ABŞ Prezidenti Donald Tramp İranla aparılan məsləhətləşmələrin həddindən artıq uzun çəkdiyini bildirib.
CNBC telekanalına müsahibəsində Tramp danışıqların taleyinin onun üçün həlledici olmadığını vurğulayıb.
“Açığı, onların başa çatıb-çatmadığı məni maraqlandırmır. Əgər bitibsə, bitib. Bitməyibsə, hesab edirəm ki, bu proses artıq həddindən artıq uzanıb”, - o deyib.
Tramp əlavə edib ki, danışıqlar onun üçün artıq “olduqca darıxdırıcı” görünməyə başlayıb.