Tramp: Şaraa ilə vaxt keçirmək mənim üçün şərəf idi

ABŞ Prezidenti Donald Tramp Suriya keçid dövrü Prezidenti Əhməd Şaraa ilə görüşünə münasibət bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"Şaraa ilə vaxt keçirmək mənim üçün bir şərəf idi. Görüş zamanı Yaxın Şərqdə sülh prosesinin detalları müzakirə olunub və Prezident Əhməd Şaraa bu təşəbbüsü dəstəklədiyini bildirib",- o qeyd edib.

Donald Tramp əlavə edib ki, yaxın zamanda Əhməd Şaraa ilə yenidən görüşmək niyyətindədir: "Suriyanın sabit və uğurlu olması regiondakı bütün ölkələr üçün çox önəmlidir".