Mən bu axşam ABŞ Prezidenti Donald Trampla danışdım və ona dedim ki, əgər Hizbullah şəhərlərimizə və vətəndaşlarımıza hücumları dayandırmasa, İsrail Beyrutdakı terrorçu hədəflərinə zərbə endirəcək.
Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu X səhifəsində yazıb.
“Bu məsələ ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır.
Eyni zamanda, İsrail Müdafiə Qüvvələri Livanın cənubunda planlaşdırıldığı kimi fəaliyyətini davam etdirəcək”, - o əlavə edib.
Qeyd edək ki, daha əvvəl Tramp Netanyahu ilə danışdığını və İsrail və Hizbullahın qarşılıqlı olaraq hücum etməyəcəyini yazmışdı.