Trampa zəng edib dedim ki, buna qarşıyam - Nyu York meri

Mən Trampa zəng etdim və bu hərəkətə (ABŞ ordusunun Venesuelada əməliyyat keçirməsinə - red.) qarşı olduğumu bildirmək üçün birbaşa onunla danışdım. Suveren bir millətə birtərəfli hücum müharibə aktı və beynəlxalq hüququn pozulmasıdır.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Nyu York şəhərinin meri Zöhran Məmdani deyib.

“Rejim dəyişikliyinə yönəlmiş bu açıq-aşkar səy yalnız xaricdəkilərə deyil, həm də bu şəhəri ev adlandıran on minlərlə venesuelalı da daxil olmaqla, nyuyorklulara birbaşa təsir göstərir. Mən onların və hər bir nyuyorklunun təhlükəsizliyinə fokuslanmışam. Administrasiyam vəziyyəti izləməyə və müvafiq göstərişlər verməyə davam edəcək”, - o qeyd edib.