
Trampın "ev tapşırığı" düşündüyü qədər asan olmadı: AĞ Ev rəhbəri blef edir
05:55 21.05.2025
Dünya
520
Son illər beynəlxalq siyasətdə baş verən hadisələr ABŞ-nin geosiyasi mövqeyinə təsirsiz ötüşməyib. Qlobal güc statusunu qorumağa çalışan Vaşinqton, müxtəlif regionlarda yaranan münaqişələrə birbaşa və ya dolayı yollarla müdaxilə etməyə məcbur qalır. Müharibələrin bitməsi və sabitliyin təmin olunması ABŞ üçün yalnız humanitar və diplomatik məsələ deyil, eyni zamanda iqtisadi və strateji maraqlar baxımından da vacib hədəfdir. Lakin bu məqsədə çatmaq nə qədər arzuolunan olsa da, prosesin mürəkkəbliyi və çoxşaxəli maraqlar onu çətin və bəzən ziddiyyətli istiqamətə yönəldir.
Bu kontekstdə ABŞ prezidenti Donald Trampın "ABŞ Avropanın problemi olaraq qalmalı olan Ukrayna münaqişəsinə qarışmamalı idi" deməsi siyasi proseslərdə Vaşinqtonun ehtiyatla davranmaq istədiyini göstərir.
Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov Sherg.az-a açıqlama verib:

"ABŞ prezidenti Donald Tramp hələ hakimiyyətə gəlməzdən əvvəl müharibəni bitirəcəyinə söz verdi. Rəsmi Vaşinqton indi də bunun üçün çalışır. Müharibənin bitməsi Ağ Evin maraqlarına uyğundur. Çünki ABŞ bir tərəfdən Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir, digər tərəfdən isə döyüşlər bitəndən sonra Ukraynaya investisiya qoymaq üçün tələsir. Üçüncü bir məqam isə odur ki, Şərqi Avropada müharibə bitəndən sonra Tramp administrasiyası bütün diqqətini Yaxın Şərqə yönləndirməyi hədəfləyir. Amma Trampın "ev tapşırığı" onun düşündüyü qədər asan olmadı. Vaşinqton ciddi böhranla üz-üzədir".
Ekspert Rusiya- Ukrayna müharibəsinə görə ABŞ-nin Avropa ilə üzə-üzə qaldığını və iki tərəf arasında gərginliyin getdikcə artıdığını bildirib:
"Avropa ilə ABŞ-nin üz-üzə qalması perspektivdə NATO-nun parçalanmasına səbəb ola bilər. Belə bir vaxtda Tramp bütün məsuliyyəti keçmiş hakimiyyətin boynuna atır. Amma Bayden hakimiyyəti istəsə də, istəməsə də savaşın bir hissəsinə çevrilməli idi. Çünki müharibəyə Bayden administrasiyası özü rəvac verib. Krım məsələsinin gündəmə gətirilməsi, NATO-ya üzvlük vədi, Ukraynanın silahlandırılması da əslində savaşda iştirak idi".
Müsahibimiz sonda ABŞ-nin Trampın iddialarına rəğmən, proseslərdən kənarda qalmayacağını, Ağ Ev rəhbərinin blef etdiyini qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana qarşı əməliyyatda 11000-dən çox hədəfi vurub
01:36 29.03.2026
Dünya
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə
Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... - Zaxarova
17:37 28.03.2026
Dünya
Şimali Kiprin Baş naziri Azərbaycana səfər edəcək
17:21 28.03.2026
Siyasət