Trampın təhdidlərindən sonra Modi Hindistan xalqına müraciət etdi
01:32 05.08.2025
Dünya
338
Hindistanın Baş naziri Narendra Modi Amerika Birləşmiş Ştatlarının (ABŞ) Pezidenti Donald Trampın təhdidlərinə cavab olaraq, vətəndaşları milli istehsalçıları dəstəkləməyə və yalnız Hindistan malları almağa çağırıb.
Teleqraf xəbər verir ki, şimal ştatı Uttar-Pradeşdə keçirilən mitinqdə çıxış edən Modi dünyadakı qeyri-sabitlik fonunda ölkənin iqtisadi maraqlarını qorumağın vacibliyini qeyd edib.
"Dünya iqtisadiyyatı indi qorxu və qeyri-müəyyənliklə əhatə olunub. Bundan sonra alışlarımızın yeganə meyarı malın mənşəyi olmalıdır: biz yalnız hindistanlıların əməyi ilə hazırlanan əşyaları almalıyıq", - o bildirib.
Qeyd edək ki, Trampın təhdidlərinə baxmayaraq, Modi hökuməti Rusiyadan neft idxalının dayandırılması ilə bağlı qərar qəbul edilməyib. Həm dövlət, həm də özəl zavodlar təchizatçıları kommersiya maraqlarından çıxış edərək seçə bilər.
Analitiklər qeyd edirlər ki, illər boyu ABŞ Nyu-Delinin Moskva ilə sıx tarixi əlaqələrinə göz yumub, Hindistanı Asiyada Çinə qarşı əsas tarazlayıcı qüvvə kimi nəzərdən keçirib. Lakin indi Tramp, Vladimir Putinə təsir vasitəsi kimi Modiyə iqtisadi təzyiqdən istifadə etmək üçün yanaşmanı dəyişə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm