Tunis sahillərində dörd gəminin qəzaya uğraması nəticəsində azı 12 nəfər həlak olub

Tunis sahillərində miqrantları daşıyan dörd qayığın qəzaya uğraması azı 12 nəfərin həyatına son qoyub, daha 10 nəfər itkin düşüb.

APA xəbər verir ki, bu barədə “Reuters“ agentliyi ölkənin hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Tunis sahil mühafizəsinin əməkdaşı agentliyə bildirib ki, qayıqlarda 120 nəfər olub, onlardan 98-i xilas edilib.