Türkiyə Əfqanıstan qaçqınlarına "yox" deyir
02:22 31.08.2021
Dünya
1141
Azər Qasımov: "Türkiyə ilk növbədə daha çox Əfqanıstanda gələcəyə hesablanmış planların həyata keçirilməsinə zəmin hazırlamağa çalışır"
Rusif Məmmədsoy: "Türkiyə hazırda həssas dönəmdən keçir"
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın miqrasiya ilə bağlı mənəvi və humanitar öhdəliklərini tam şəkildə yerinə yetirdiyini açıqlayıb. O, almaniyalı həmkarı Heiko Maas ilə danışıqlardan sonra Antalyada keçirdiyi mətbuat konfransında deyib ki, Ankara Əfqanıstandan olan qaçqınlara sığınacaq verə bilməyəcək. Çavuşoğlu vurğulayıb ki, Türkiyə miqrasiya ilə bağlı mənəvi və humanitar öhdəliklərini tam şəkildə yerinə yetirib və əlavə qaçqın dalğasından söhbət gedə bilməz.
Qeyd edək ki, Hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik daha əvvəl ölkənin əlavə olaraq bir miqrant qəbul etməyə belə resursları yetərli olmadığını və Türkiyənin bir qaçqın düşərgəsi olmadığını söyləmişdi. Prezident Rəcəb Tayyib Ərdoğan öz növbəsində, Ankaranın Əfqanıstandakı vəziyyəti yaxından izlədiyini və qaçqın probleminin effektiv şəkildə həlli üçün digər dövlətlərlə birlikdə çalışdığını ifadə etmişdi. Bəs, Türkiyə bu addımında nə dərəcədə haqlıdır?
Türkiyənin müsəlman dünyasının lideri olmaq yolunda addımlar atan ölkə kimi hər zaman əzilən müsəlmanların arxasında durduğunu əyani şəkildə nümayiş etdirdiyini deyən BAXCP sədrinin müavini, politoloq Azər Qasımov deyib ki, Əfqanıstanda gedən proseslər bir çox məsələlər baxımından "müsəlman dünyası" kontekstindən çıxıb. O qeyd edib ki, buradakı proseslər daha çox güc mərkəzlərinin geosiyasi oyunları şəklini alıb:
"ABŞ, Böyük Britaniya, Çin, Rusiya, eləcə də, Qətər, Səudiyyə Ərəbistanı, İran, Pakistan, Türkiyə, hətta Hindistan kimi ölkələr arasında geosiyasi və geoiqtisadi maraqların bu ölkələr arasında rəqabət və qarşıdurmasına çevrilib. Türkiyə gedən bu oyunları yaxşı bilir, hətta bu oyunların içərisindədir. Odur ki, Türkiyənin əlavə əfqan qaçqınları qəbulu məsələsi də bu oyunların çərçivəsində dəyərləndirilməlidir. Türkiyə ilk növbədə bu hərəkətlə öz iqtisadi və təhlükəsizlik maraqlarını qorumaq istəyirsə, daha çox Əfqanıstanda gələcəyə hesablanmış planların həyata keçirilməsinə zəmin hazırlamağa çalışır. Əsas məqsəd hazırda Əfqanıstanda hakimiyyəti ələ almış "Taliban"la münasibətləri ordan qaçan Amerika işbirlikçilərinə görə korlanmasını istəməməsidir. Hesab edirəm ki, Türkiyə heç vaxt ona pənah aparan insanların ümidlərini qırmaz. Sadəcə, onlara dəstək olsa da, geniş ictimaiyyət bilməyəcək".
Politoloq Rusif Məmmədsoy isə "Şərq"ə açıqlamasında Türkiyənin bu məsələdə son dərəcə haqlı olduğunu bəyan edib. O qeyd edib ki, Türkiyə hazırda həssas dönəmdən keçir:
"Bilirsiniz ki, meşə yanğınları, pandemiya və sair bu kimi amillər Türkiyə iqtisadiyyatına ciddi təsir göstərdi. Bu mənada da qardaş ölkəyə yeni qaçqın axınının olmasından söhbət belə gedə bilməz. Bundan əlavə, bunu cəmiyyət də istəmir. Çünki suriyalıların orada var olmasından heç də hər kəs xoşbəxt deyil. Bu mənada fikrimcə, rəhbərlik yeni bir dalğaya imkan verməyəcək. Hesab edirəm ki, burada əsas məsələ sırf iqtisadi amillərlə bağlıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət