Tusk: Birləşməli və silahlanmalıyıq, yoxsa sonumuz gələcək

Avropa hərbi qüdrətini artırmağı və özünü silahlandırmağı dayandırsa, sonu faciə ilə bitəcək.

Teleqraf xəbər verir ki, bu sözləri Polşa Baş naziri Donald Tusk sosial media səhifəsində yazıb.

O qeyd edib ki, Avropa dövlətləri heç bir halda militarizasiya tempini dayandırmamalıdır. Avropa yalnız öz gücünə inanmalıdır.

Tusk Aİ üzvlərini mümkün qədər silahlanmağa çağırıb:

"Heç kim zəif və parçalanmış Avropanı ciddiyə almayacaq: nə düşməni, nə də müttəfiqi. Bu, artıq aydındır. Biz silahlanmağa davam etməliyik, əvvəlkindən daha sıx birləşməliyik".