Ukrayna DİN: Rusiya ordusunun atəşi nəticəsində 9400-dən çox dinc sakin həlak olub
19:53 04.12.2022
Dünya
424
Rusiya ordusunun atəşi nəticəsində indiyədək 9400-dən çox ukraynalı dinc sakin həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin bildirib. Məlumatı Ukrayna Daxili İşlər Nazirliyinin (DİN) saytı yayıb.
“Milli Polisin məlumatına görə, 9400-dən çox mülki şəxs həlak olub, 6800-ə yaxın insan yaralanıb. Onların arasında, təəssüf ki, uşaqlar da var - Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 461 uşaq ölüb”, - deyə Yenin bildirib.
Yeninin sözlərinə görə, Ukrayna qoşunlarının işğaldan azad etdiyi və düşmənin ən şiddətli atəşə tutduğu ərazilərdə polis yeni cinayətlər qeydə alır. Terror aktlarından mülki əhali əziyyət çəkir, ölənlərin sayı isə hər gün artır.
Rusiya Ukraynanın kritik infrastruktur obyektlərinə zərbələr endirməkdə davam edir. Hazırda ölkənin səkkiz regionunda 507 yaşayış məntəqəsində elektrik enerjisi verilmir. Ən çox zərər çəkən Xarkov vilayətidir, burada 112 yaşayış məntəqəsi enerjisiz qalıb. Donetsk və Xerson vilayətlərində 90-dan çox, Nikolayevdə 82, Zaporojyedə 76 və Luqansk vilayətində 43 məntəqədə elektrik enerjisi yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual