Ukraynanın nümayəndə heyəti sülh planı ilə bağlı danışıqları davam etdirmək məqsədilə ABŞ-nin Florida ştatına səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, heyətin tərkibinə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa daxildir.
Onların Floridada ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşnerlə görüşməsi planlaşdırılır.