Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib

Ukrayna Nazirlər Kabineti Rusiya və Belarusla sərhəd boyunca xüsusi sərhəd rejimi tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti öz saytında məlumat verib.

"Hərbi vəziyyət dövründə Rusiya Federasiyası və Belarusla dövlət sərhədi boyunca 1 km enində torpaq sahələrində xüsusi sərhəd rejimi yaradılacaq", - deyə açıqlamada bildirilir.

"Göstərilən ərazi daxilində şəxslərin sərbəst girişi, qalması, yaşaması və hərəkət etməsi, eləcə də hərbi əməliyyatlar, müdafiə və ya dövlət sərhədinin qorunması ilə əlaqəli olmayan işlərin görülməsi qadağandır", - deyə nazirlik vurğulayıb və əlavə edib ki, məhdudiyyətlər dövlət sərhədi boyunca bir kilometr uzunluğunda zolaq daxilindəki bütün torpaq sahələrinə şamil olunur.