Ukraynada müharibədə 202 uşaq həlak olub

Rusiyanın Ukraynaya hücumu nəticəsində fevralın 24-dən bu günə qədər 202 uşaq həlak olub.

APA xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Xəsarət alan uşaqların sayı isə 361-dir.