Ukraynalı ekspert: “Biz tədricən Krımın cənub sahillərinə yaxınlaşırıq”
Ukraynalı ekspert: “Biz tədricən Krımın cənub sahillərinə yaxınlaşırıq”
Yusif Nəzərli
09:45 19.08.2022
Dünya
573
“Krımda rusların hərbi texnikasının toplandığı yerlərdə partlayışların sayının artması yaxın gələcəkdə Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünə raket zərbəsi endirə biləcəyinə dəlalət edir”.
Bu fikri ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
Jdanovun sözlərinə görə, Cankoyda və Sevastopol yaxınlığında baş verən son partlayışlarla yanaşı, avqustun 18-də Krımın şimal-qərb sahilində yanğın baş verib. İşğalçıların yerli “idarəsi” otluğun alovlandığını bildirsə də, ekspert ruslara inanmır.
“Rusiya iddia edir ki, otluq yanır, lakin ot partlaya bilməz. Görəsən, bu hansı otdur ki, partlayır?” - Jdanov istehza ilə deyib.
O əlavə edib ki, Krımda yalnız düşmənin hərbi obyektləri partladılır ki, bu da Ukrayna Silahlı Qüvvələrinin dəqiqliyinə dəlalət edir.
Ekspertin fikrincə, yarımadanın Rusiyadan azad edilməsini sürətləndirmək üçün iki əsas obyekti məhv etmək lazımdır: Krım körpüsü və Sevastopoldakı “Kalibr” raket anbarı bazasını.
“Belə başa düşürəm ki, biz tədricən Krımın cənub sahillərinə yaxınlaşırıq. Yəni Krım körpüsünə çox az qalıb. Əsas odur ki, biz ora çata bilək. Podolyak deyib ki, Krım körpüsü bizim yaxın hədəfimiz olacaq. Ona görə də Krımla bağlı məsələ tamamilə həll olunub və hamı üçün başadüşüləndir”, - deyə Jdanov bildirib.
Xatırladaq ki, ötən gün Sevastopol yaxınlığındakı “Belbek” aerodromunda silsilə partlayış səsləri eşidilib. Bildirilib ki, hadisə zamanı orada 40-a yaxın Rusiya qırıcı təyyarəsi olub.
Mənbə: Zn.ua
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
16:04 09.10.2026
Gündəm
“Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır” - Azər Həsrət
15:11 09.10.2026
Siyasət
Türkiyədə Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
15:10 09.10.2026
Mədəniyyət
Xəzərin xilası tək bir ölkənin gücü ilə mümkün deyil
14:52 09.10.2026
Aktual
Yunanıstan ABŞ-dən milyardlıq silah alacaq
14:47 09.10.2026
Dünya
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
14:42 09.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
14:42 09.10.2026
Gündəm
Azərbaycan-Türkmənistan ittifaqı yeni güc mərkəzi yaradır - TƏHLİL
14:38 09.10.2026
Gündəm
NATO İtaliyada nüvə təlimlərinə başlayacaq
14:16 09.10.2026
Dünya
Cari ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb
13:51 09.10.2026
İnfrastruktur
İrana yeni hücum planı Trampa təqdim edildi
13:29 09.10.2026
Gündəm
Nobel Sülh mükafatı laureatı məlum oldu
13:16 09.10.2026
Dünya
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:51 09.10.2026
Ekologiya