Ukraynanın “Dinaz” klubunun qapıçılar üzrə məşqçisi Vyaçeslav Boqodelov məşq zamanı rus dilində danışdığı üçün cərimələnib.
Teleqraf xəbər verir ki, bu barədə mütəxəssis sosial şəbəkə hesabında məlumat verib.
Boqodelov ömrünün 50 ilini rus dilində danışaraq keçirdiyini bildirib. O, həmçinin təxminən 275 dollar məbləğində cərimə olunduğunu göstərən sənədi də paylaşaraq narazılığını bildirib:
"Bu gün təlim zamanı guya rus dilində danışdığım üçün cərimələndim! Birinci sual: Əgər 50 il rus dilində danışmışamsa, bu, kimisə narahat edirdimi? İkincisi: Mən yalnız təmiz ukrayna dilini tanıyıram. Yadımda qalan qədər, bu dil yalnız İrlandiya və Kanadada danışılırdı. Vəssalam. Heç vaxt təmiz ukrayna dilini eşitməmişəm. Buna görə də, ictimai xadimlər, vicdanlılığınıza görə təşəkkür edirəm! Amma... Zaporojye bölgəsinə gedəndə oradakı oğlanlardan heç biri diqqət yetirmədi. Bir az da ağıllı olsaydınız, başa düşərdiniz: rus dilində danışan hər kəs xain deyil!!! Amma istəsəniz, bu sizin hüququnuzdur!!! Bu problemin həlli yolum var".
Qeyd edək ki, Ukraynada 2019-cu ildə qəbul edilən qanuna əsasən, ictimai həyatın bütün sahələrində dövlət dili olan Ukrayna dilindən istifadə məcburidir.