Uşakov: Putin və ABŞ nümayəndələri iri iqtisadi layihələri də müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin, ABŞ-nin nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşündə Ukrayna məsələsindən əlavə, Moskva ilə Vaşinqton arasında mümkün iri iqtisadi layihələri də müzakirə edib.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, keçirilən görüş yalnız Ukrayna böhranının nizamlanması ilə bağlı fikir mübadiləsi ilə məhdudlaşmayıb.

Uşakov bildirib ki, görüşdə iqtisadi məsələlər və qarşılıqlı faydalı ola biləcək iri Rusiya-ABŞ layihələri barədə də ətraflı müzakirələr aparılıb.

Danışıqların digər detalları açıqlanmayıb.