Varlı dövlət sevdası...
20:11 03.09.2021
Dünya
576
Əfqanıstanda yerin altında böyük sərvətlər yatır
"Taliban" hakimiyyətinin Çini əsas tərəfdaş seçməsi təsadüfi deyil
"Taliban" Çinə əsas beynəlxalq tərəfdaş kimi baxır. Bu barədə hərəkatın nümayəndəsi Zabiullah Mücahid bildirib. O deyib ki, Çin onların əsas tərəfdaşıdır, çünki bu ölkə Əfqanıstana sərmayə qoymağa və yenidənqurma işlərini aparmağa hazırdır. Mücahid Pekin tərəfindən həyata keçirilən "qədim İpək Yolunun dirçəlməsinə xidmət edəcək" proqramı da yüksək qiymətləndirib. O, həmçinin Çinin Əfqanıstanda mədən sənayesinin bərpasına kömək edəcəyinə ümid etdiyini bildirib. Zabiullah Mücahid vurğulayıb: "Çin bizim dünya bazarlarına buraxılış vəsiqəmizdir". Bəs burda Çinin əsas maraqları nədir?
Çinin "qədim İpək yolunun bərpası" proqramının dünyada bir çox proseslərə təkan verdiyini deyən BAXCP sədrinin müavini, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında diqqətə çatdırıb ki, bura Türkiyənin yeni imicdə, yeni güc mərkəzinin vacib üzvü kimi meydana çıxmasından, Azərbaycanın Qarabağ probleminin böyük ölçüdə həll edilməsindən tutmuş, Çinin Avropa və Asiya qitələrinə sərmayə qoymağa başlamasına kimi geniş geosiyasi addımlar daxildir. Politoloq vurğulayıb ki, Əfqanıstan bu geosiyasi proseslərin ən həlledici və vacib həlqəsidir:
"On illərdir ki, Əfqanıstandakı istiqrarsızlıq tək region yox, eləcə də supergüclərin başağrısına çevrilib. Bu şərait beynəlxalq terrorizmin, narkotik istehsalı və tranziti kimi dünya düzənini pozan amillərin inkişafına, bir çox ölkələrin bundan zərər görməsinə səbəb olub. Bu baxımdan, hazırda Əfqanıstanda gedən proseslər də bu istiqrarsızlığı yaradan qüvvələrlə, bundan əziyyət çəkən qüvvələrin mübarizəsidir".
Politoloqun sözlərnə görə, Çinin "Taliban"la əlaqələrinin mərkəzində bu istiqrarsızlığı aradan qaldırmaq üçün fəaliyyət dayanır:
"Bu baxımdan, Çinin hələlik de-yure olmasa da, de-fakto tanınması labüddür, xüsusən də, bütün ölkələrin belə fikirləşdiyi bir halda. Çin böyük maddi və texnoloji resurslara malik ölkədir. "Taliban"ın bunu yaxşı bildiyi şübhəsizdir. Əfqanıstan böyük ölçüdə nadir mədən metalları ilə zəngin ölkədir. Mədən yataqları üç ayrı bölgədə yerləşir: Hindquş dağlarının şimalı, Qabil ətrafı, Qəndaharın şimalı. Əhəmiyyətli mədənləri bunlardır: Kömür, dəmir, mis, litium, nikel, qurğuşun, xrom, berilyum, talk, asbest və mərmər. Aparılan qazıntılar Əfqanıstanda çox zəngin təbii qaz yataqlarının olduğunu göstərir. Çinin iqtisadi cəhətdən inkişaf etmiş ölkə kimi Əfqanıstanın bu təbii ehtiyatlarından yararlanmaq istədiyi şübhəsizdir. Təbii olaraq bu, eyni zamanda, Əfqan xalqına və dövlətinə də xeyir gətirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət