Vəkil: "Saakaşvili məhkəmə qarşısına çıxaraq həqiqəti demək istəyir"
11:01 25.11.2021
Dünya
887
"Mixeil Saakaşvili məhkəmə qarşısına çıxarılmasını, açıq məhkəmə prosesinin baş tutmasını və gürcü xalqı qarşısında həqiqəti demək istəyir".
24News.ge xəbər verir ki, bu barədə sabiq prezidentin vəkili Nika Qvaramia bildirib.
O, deyib ki, Saakaşvilinin Bidzina İvanişvilinin məhkəməsinə güvəni yoxdur, lakin təklifi var:
"Saakaşvili bəyanatında bildirir ki, onun ədalətsiz olan məhkəmənin qarşısına çıxmaq hüququnu belə əlindən alıblar. O bildirir ki, Bidzina İvanişvilinin məhkəməsinə güvəni yoxdur. Halsız olmasına baxmayaraq, Saakaşvili məhkəmə qarşısına çıxarılmasını, açıq məhkəmə prosesinin baş tutmasını və gürcü xalqı qarşısında həqiqəti demək istəyir. O, bir daha bəyan etdi ki, Bidzina İvanişviliyə platforma təklif edib və bu platformada tam şəkildə iştirak edəcək. Burada xüsusi şəkildə yaradılmış məhkəmə nəzərdə tutulur. Aydın məsələdir ki, ölkə konstitusiyası xüsusi məhkəməni inkar edir, ancaq bu Saakaşvilinin və hakimiyyətin inandığı bir format olacaq. Sözügedən məhkəmə ədalətli və tərəfsiz olarsa, Saakaşvili gürcü xalqı qarşısında günahsız olduğunu sübut edəcək. Saakaşvili bu cür məhkəmədən qorxmur, Bidzina İvanişvili isə qorxur. Buna görə də İvanişvili bu cür məhkəmə ideasına imkan verməmək üçün maksimum çalışacaq", - deyə N. Qvramia bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə