Vens: ABŞ dünyanın polisi olmaq istəmir

Birləşmiş Ştatlar dünyanın polisi kimi çıxış edə bilməz. Avropadakı müttəfiqlərimiz öz təhlükəsizliklərini təmin edə bilməlidirlər.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti J.D.Vens bildirib.

Vens əlavə edib ki, Amerika Birləşmiş Ştatları dünyanın polisi ola bilməz: "Biz yaxşı müttəfiq olmaq, qoşunlarımızın Avropada regional sabitliyə töhfə verməsini istəyirik. Prezident Donald Tramp bütün qoşunları Avropadan çıxarmağımızı istəmir. Lakin Avropa öz ayaqları üzərində dayanmalıdır və biz bu məsələdə ardıcılıq".

Vens qoşunların geri çəkilməsinin Rusiyanı mükafatlandırmaq və ya Polşanı cəzalandırmaq məqsədi daşımadığını vurğulayıb. ABŞ vitse-prezidenti bu qüvvələrin başqa bir Avropa ölkəsinə göndərilə biləcəyi ehtimalını istisna etməyib: "Hələlik çıxarılacaq qoşunların sonda harada yerləşdiriləcəyi ilə bağlı yekun qərar verməmişik".