Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi

Yəmənin sahil mühafizəsi və donanması Qırmızı dənizdə batmış Hindistan yük gəmisindən 14 heyət üzvünü xilas edib.

Teleqraf xəbər verir ki, bu barədə Yəmənin "Əl Məşhəd Əl Yemeni" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Faizi Noori Auliya gəmisi Hodeida liman şəhərinin təxminən 13 dəniz mili cənubunda hücuma məruz qalıb və nəticədə gəmi batıb.

Yəmən qüvvələrinin birgə əməliyyatı nəticəsində gəmidəki bütün dənizçilər (13 Hindistan vətəndaşı və bir yəmənli) xilas edilib.

Hadisə nəticəsində heç kim xəsarət almayıb. Xilas edilmiş heyət üzvləri təhlükəsiz yerə aparılıb və onlara lazımi tibbi yardım göstərilib.