Yunanıstanda yanğınsöndürən təyyarə qəzaya uğrayıb


Yunanıstanda "Petzetel" yanğınsöndürən təyyarəsi qəzaya uğrayıb.

Sherg.az  Trend-ə istinadən bildirir ki, qəza nəticəsində ölən olmayıb, pilotun vəziyyəti yaxşıdır.

Məlumata əsasən, təyyarə Zakinf adasında yanğınların söndürülməsində iştirak edirmiş.

Qəzanın səbəbi barədə məlumat verilmir. İnsidentlə bağlı araşdırma aparılır.