Rusiya Rumıniyanın Konstansadakı Rusiya konsulluğunu bağlamaqla bağlı qeyri-dost qərarını qulaqardına vurmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarovanın açıqlamasında bildirilib.
Diplomat vurğulayıb ki, Rumıniya hakimiyyətinin qeyri-dost hərəkətləri, şübhəsiz ki, cavabsız qalmayacaq.
Zaxarova əlavə edib ki, konkret tədbirlər daha sonra açıqlanacaq.