Zaxarova: Rusiya və Ukrayna danışıqlarda real nəticələr əldə ediblər
11:14 24.07.2025
Dünya
311
"Rusiya və Ukrayna İstanbulda keçirilən üç raund danışıqlarda real nəticələr əldə ediblər".
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqda deyib.
O bildirib ki, iki ölkə arasındakı münaqişənin həll olunması üçün Kiyev münaqişənin köklü səbəblərini başa düşməlidir:
"Aparılan danışıqların üç raundu əməli tədbirlərlə yadda qaldı. Saxlanılan hərbi əsirlərin mübadiləsi aparıldı, Ukrayna vətəndaşlarının və hərbçilərinin cəsədləri Ukrayna tərəfinə təhvil verildi", - deyə Zaxarova bildirib.
Diplomat qeyd edib ki, Ukraynada baş verənlərin köklü səbəbləri nəzərə alınmaqla və onların hazırkı vəziyyətə gətirib çıxaran hadisələrə, onların nəticələrinə qlobal qiymət verilməsinin zəruriliyi dərk edilməklə həll edilməlidir.
Qeyd edək ki, görüşün yekununda tərəflər təkcə hərbi personalın deyil, mülki şəxslərin də mübadiləsi barədə razılığa gəliblər. Rusiya Ukraynaya siyasi, hərbi və humanitar məsələləri həll etmək üçün üç onlayn işçi qrupu yaratmağı təklif edib. Bundan əlavə, Moskva Kiyevə Ukrayna Silahlı Qüvvələrinin daha 3000 hərbçisinin cəsədini təhvil verməyi, həmçinin yaralıların və ölənlərin cəsədlərinin toplanması üçün cəbhə xəttində qısa humanitar fasilələrə qayıtmağı təklif edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya