Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna hakimiyyətinin “terrorizmin ixracı” siyasətinə üstünlük verdiyini bildirib.

Sherg.az xəbər verir ki, Zaxarovanın sözlərinə görə, bu model Kiyevin beynəlxalq fəaliyyətində əsas vasitələrdən birinə çevrilib.

Diplomat qeyd edib ki, Ukrayna xarici silah sərgilərində “müdafiə layihələri” adı altında əslində terrorizmlə əlaqəli fəaliyyət modelini təqdim edir.

Dövlət terrorizmi mövzusu Şərq İqtisadi Forumunda da müzakirə olunub. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Kiyevin son addımları sülh danışıqlarının perspektivlərini ciddi şəkildə çətinləşdirir və diplomatik prosesə mane olur.