Zelenski Qərbdən təhlükəsizlik zəmanətləri ilə bağlı gözləntilərini açıqlayıb
00:27 17.04.2022
Dünya
495
Ukrayna Prezidenti Volodimir Zelenski etiraf edib ki, o, hələlik Qərb ölkələrinin Kiyevə hansı təhlükəsizlik zəmanətlərini təklif etməyə hazır olduğunu bilmir və Ukrayna rəhbərliyinin tələbləri ilə beynəlxalq tərəfdaşların təklif etməyə hazır olduqları arasında fərq var.
Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.
V.Zelenski hesab edir ki, Ukraynanın Rusiya ilə danışıqları Qərbin Kiyevə verəcəyi konkret təhlükəsizlik təminatlarından asılı olacaq.
“Düşünürəm ki, bir həftə ərzində beş-yeddi ölkədən 10 gün ərzində cavab alacağıq. Çünki bu təminatlarda çox mürəkkəb məsələlər var. Nə istəyirik və nə verməyə hazırıq. Müxtəlif şeylər. Onlar (təhlükəsizliyin təminatçıları - Red) bizə konkret olaraq nə verəcəklərini təsdiqləyənə qədər, nəhayət, Rusiya ilə necə danışıqlar apara bilərik? Mən bunu başa düşmürəm”, - deyə Zelenski vurğulayıb.
Ukrayna Prezidenti Qərb ölkələrinin Ukraynaya Kiyevin axtardığı NATO müttəfiqlərinin təminatlarına bərabər təhlükəsizlik təminatlarını verməyə hazır olmadığından narahatlığını ifadə edib:
“Rusiya ilə görüşməzdən əvvəl onların bizə nə verəcəklərini başa düşmək mənim üçün çox vacibdir. Bu, tam olaraq təhlükəsizlik zəmanətidir, yoxsa illüstrasiyadır? Və bu bir illüstrasiyadırsa, Rusiya ilə tamamilə fərqli bir şəkildə danışmaq lazımdır. Başqa bir şey haqqında. Yenə də söhbət ikitərəfli münasibətlərdən gedir”, - deyə Ukrayna prezidenti bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya