Ukraynadakı vəziyyət Kiyev üçün nikbinliyi azaldıb. ABŞ mediası, o cümlədən CNN, Ukrayna Silahlı Qüvvələrinin cəbhədə çətin vəziyyətə düşdüyünü yazıb.
Sherg.az xəbər verir ki, CNN-in materialında Rusiyanın Ukraynanın şərqindəki müdafiənin əsasını təşkil edən dörd sənaye şəhərindən ibarət “qala kəməri”ni tədricən dağıtdığı bildirilir.
Məlumata görə, Rusiya qüvvələri Slavyansk və Kramatorsk istiqamətində irəliləyir, həmçinin Konstantinovkaya doğru hücumlarını davam etdirir. ABŞ Müharibə Araşdırmaları İnstitutunun analitiki Cenn Olmsted vəziyyətin Moskvanın xeyrinə dəyişdiyini bildirib.
Kramatorskda yerləşən Ukrayna Silahlı Qüvvələrinin 93-cü mexanikləşdirilmiş briqadasının sözçüsü İrina Rıbakova da son həftələrin xüsusilə ağır keçdiyini etiraf edib.
CNN Kramatorskı Ukraynanın Donbasdakı son əsas dayaq məntəqələrindən biri adlandıraraq, Rusiyanın burada müdafiəni yaracağı təqdirdə Ukraynanın dərinliklərinə daha sürətlə irəliləyə biləcəyini qeyd edib.
Məqalədə həmçinin Ukraynanın kənd təsərrüfatı ixracatında ciddi problemlərlə üzləşdiyi vurğulanıb. Qara dəniz limanlarının fəaliyyətinin məhdudlaşması fonunda Ukrayna milyardlarla dollar itki ilə üzləşə bilər.