Zelenski VƏD VERDİ: "Krımı geri alacağıq"
Yusif Nəzərli
09:49 05.09.2022
Dünya
655
Volodimir Zelenski son vəziyyəti açıqlayıb. "Sherg.az" "CNN Türk"ə istinadən xəbər verir ki, 6 aydan sonra müharibədə rollar dəyişib. Xerson istiqamətində hücuma keçən Ukrayna Rusiya mövqelərinə doğru irəliləməyə davam edərkən Zelenski müharibədəki son vəziyyəti dünya ictimaiyyəti ilə bölüşüb. Cənubda və şərqdə yaşayış məntəqəsinin Rusiya qüvvələrindən geri alındığını açıqlayıb. Uğurlu əməliyyata görə, Ukrayna qüvvələrinə təşəkkür edib. Geri alınan torpaqlardakı əməliyyatla bağlı açıqlama verib:
"Donetsk vilayətindəki 103-cü qurudan müdafiə briqadasının 63-cü batalyonunun əsgərlərinə təşəkkür etmək istəyirəm. Lisiçansk-Siversk istiqamətindəki 54-cü briqada da yaxşı irəliləyiş əldə edib. 42-ci motoatıcı batalyonunu xüsusi qeyd etmək niyyətindəyəm. Onların qəhrəmanlıqları sayəsində ölkəmizin cənubunda iki yaşayış məntəqəsi xilas edilib”.
Zelenskinin bu barədə bəyanı ilə yanaşı Ukrayna Prezident Aparatının rəhbərinin müavini Kirilo Timoşenko da sosial media hesabında paylaşım edib. K.Timoşenko rəsmi Kiyevin cənubundakı Xerson vilayətinin Vısokopilya yaşayış məntəqəsində azad edilmiş şəhərə ukraynalı əsgərlərin bayraq qaldırdığı fotonu dərc edib.
Ukrayna prezidenti Krımı Xerson istiqamətində başlayan hücumdan bir neçə saat sonra geri alacağına söz verib. Xersonun geri alınması digər işğal olunmuş şəhərlərə də ümidi artıracaq. Bundan başqa, şəhəri alaraq, Zelenskinin göstərdiyi Krım yolunu da açacaq.
Bu səbəbdən Xerson həmçinin “Krımın açarı” kimi qiymətləndirilir. Ukrayna bu bölgəni tez bir zamanda geri almaq və Krıma yol açmaq üçün mübarizə aparır. Çünki hərbi ekspertlər qış aylarında irəliləyişin çətinləşəcəyini şərh edirlər.
Qeyd edək ki, Rusiya aylardır, hərbi itkiləri açıqlamır. Rəsmi Moskva məsələ ilə bağlı ilk və son rəsmi bəyanatını martın 2-də verib.
Sözügedən məlumatda Rusiyanın müharibədəki əsgər itkisinin 498 olduğu açıqlanıb. O vaxtdan bu informasiyalar yenilənməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm