Anar müəllim, təklifim budur ki...
Yusif Nəzərli
07:48 08.10.2022
Ədəbiyyat
2336
Mirmahmud Kazımovski: "...Tarixin ədalətin bərpası naminə müstəsna hal kimi ölümlərindən sonra Mir Cəlal Paşayevə Xalq yazıçısı, Əliağa Vahidə Xalq şairi fəxri adlarının verilməsi üçün yüksək səviyyədə vəsatət-təqdimat qaldırılsın"
Görkəmli incəsənət xadimi, Azərbaycanın ilk radio və televiziya rejissoru olmuş, yaddaqalan, sevilən tele-radio tamaşalar, sənədli filmlər müəllifi Rauf Kazımovskinin oğlu Mirmahmud Kazımovski Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara məktubla müraciət edib. Surəti “Şərq” qəzetinə göndərilmiş məktubda M.Kazımovski Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən ruhlanaraq Yazıçılar Birliyinin keçirilməsi gözlənilən XIII qurultayı öncəsi təkliflə çıxış edir. M.Kazımovski AYB-nin növbəti qurultayında Azərbaycanın iki dahi şəxsiyyəti – Mir Cəlal Paşayev və Əliağa Vahidə (ölümündən sonra) fəxri adların verilməsini təklif edir. “Qürurla açıqladığım fikir-təklifim – xalqımızın ölməz, qüdrətli yazıçı və şairi, o dövrün tüğyan etdiyi dəhşətli repressiya burulğanından, odun-alovun içindən hünərlə çıxmış, 1950-60-cı illərdə isə zamanın hökm sürdüyü, baş alıb getdiyi ədalətsizliyə, haqsızlığa, xəyanətə-xainliyə məruz qalmış, eyni zamanda mərd-mərdanə bunların heç birinə baş əyməmiş, ədəbiyyat tariximizin karifeyləri, günəş kimi təmiz, günəş kimi parlaq yazıçı Mir Cəlal Paşayev və qəzəlxan şairimiz Əliağa Vahidlə bağlıdır”. M.Kazımovski bu iki şəxsiyyətə həyatda olduqları zaman verilməmiş haqlarının ölümlərindən sonra qaytarılmasını təklif edir və bunun xalq tərəfindən rəğbətlə qarşılanacağına inandığını bildirir. M.Kazımovski Xalq yazıçısı Anardan bu barədə Azərbaycan Yazıçılar Birliyinin qurultayında vəsatət qaldırmasını xahiş edir: “Mir Cəlal Paşayev görkəmli yazıçı, professional ədəbiyyatşünas, qayğıkeş pedaqoq, mətin vətənpərvər, tərəqqipərvər ziyalı, müdrik insan olub, Əliağa Vahid isə dahi Füzulinin “mərdanə” davamçısı, xalqın sevimlisi. Hörmətli Anar müəllim, təklifim budur ki, tarixin ədalətin bərpası naminə müstəsna hal kimi ölümlərindən sonra Mir Cəlal Paşayevə Xalq yazıçısı, Əliağa Vahidə xalq şairi fəxri adlarının verilməsi üçün yüksək səviyyədə vəsatət-təqdimat qaldırılsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukrayna ilə bağlı bu il müsbət xəbərlər gözləyir
21:57 03.06.2026
Dünya
DÇ-2026: İran millisinin oyunçuları viza aldılar
21:44 03.06.2026
Futbol
Rubio: ABŞ Ukraynada sülh səylərini bərpa etməyə hazırdır
21:16 03.06.2026
Dünya
Tramp Türkiyəyə səfər edəcək
21:04 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi - YENİLƏNDİ
20:52 03.06.2026
Hadisə
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm