AYB alternativsiz seçkiyə gedir? - Fikirlər haçalandı
Yusif Nəzərli
13:39 18.10.2022
Ədəbiyyat
2589
Tural Turan:“AYB rəhbərinə alternativ olan namizədləri qurultaya çağırmaq istəmirlər. Əllərindən gələni edirlər ki, həmin şəxslər qurultaya qatılmasın”
Qəşəm Nəcəfzadə:“...Anar bəy çox səs toplayarsa, əlbəttə ki, o seçiləcək"
"Azərbaycan Yazıçılar Birliyinin (AYB) 13-cü qurultayı 3 il gecikdi. Sanki bununla AYB sədri Anarın vəzifə ömrünü uzatdılar".
Bu sözləri "Sherg.az"a şair, Prezident mükafatçısı Tural Turan deyib. Onun sözlərinə görə, AYB hazırda alternativsiz seçkiyə gedir:
"Ədəbiyyat qurumunu növbəti beş ildə diktatura rejimi ilə idarə etmək üçün yenidən Anarı "yekdilliklə" sədr seçəcəklər. Hətta AYB rəhbərinə alternativ olan namizədləri qurultaya çağırmaq istəmirlər. Əllərindən gələni edirlər ki, həmin şəxslər qurultaya qatılmasın. Söhbət prezident təqaüdçüləri Fuad Cəfərli ilə Emil Rasimoğludan gedir. Çox güman ki, E.Rasimoğlunu qurultaya dəvət etməyəcəklər. Çünki 2019-cu il hadisələrində Anarın onun üstünə göndərdiyi bütün adamları sözlə "nakauta" saldı. F.Cəfərli isə vahid konsepsiyası ilə Anara qarşı mübarizə aparır. Onu da bu səbəbdən qurultaya çağırmaq fikirləri yoxdur. Səbəb sadədir, xaricdən gələn qonaqların yanında AYB sədrinin pərt olmasını istəmirlər.
Hətta Çingiz Abdullayevin rəhbərliyi məsələsi var idi. Yazıq Xalq yazıçısına zorla izahat yazdırdılar ki, o, sədr vəzifəsini icra etmək istəmir. Amma faktiki olaraq, jurnalistlərin 8-ci qurultayı vaxtı millət vəkili Aqil Abbas demişdi ki, Çingiz Abdullayevi sədr gətirəcəklər. Hətta sözügedən nüans mediada da işıqlandırıldı. Amma alınmadı. Anar yenə də israrla rəhbər olmaq məqsədi güdür".
Şair Qəşəm Nəcəfzadə də qurultayın keçirilməsi ilə bağlı münasibətini bildirib:
"AYB sədri Anar namizədliyini yenidən verəcək. Nizamnaməyə əsasən, təbii ki, digər insanlar da namizədliyini irəli sürə bilər. Nəticə etibarilə Anar bəy çox səs toplayarsa, əlbəttə ki, o seçiləcək".
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı oktyabrın 26-da keçiriləcək. Qurultay Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutacaq. AYB-nin dəvəti ilə qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukrayna ilə bağlı bu il müsbət xəbərlər gözləyir
21:57 03.06.2026
Dünya
DÇ-2026: İran millisinin oyunçuları viza aldılar
21:44 03.06.2026
Futbol
Rubio: ABŞ Ukraynada sülh səylərini bərpa etməyə hazırdır
21:16 03.06.2026
Dünya
Tramp Türkiyəyə səfər edəcək
21:04 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi - YENİLƏNDİ
20:52 03.06.2026
Hadisə
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm