AYB-nin bölmə rəhbəri: “Nə pul? Nə yol xərci? Biz onları heç görmüşük ki, pul da versinlər?” - FOTO
AYB-nin bölmə rəhbəri: “Nə pul? Nə yol xərci? Biz onları heç görmüşük ki, pul da versinlər?” - FOTO
Yusif Nəzərli
14:21 27.10.2022
Ədəbiyyat
2792
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı keçirilib. Xalq yazıçısı Anar birliyin yenidən sədri seçilib.
Lakin qurultay zamanı jurnalistlər Xalq yazıçısı, AYB-nin sədr müavini Çingiz Abdullayevə Yazıçılar Birliyinə qurultaya görə ayrılan vəsaitlə bağlı suallar ünvanlayarkən o, qarşı tərəfi təhqir edib. Jurnalistin ünvanına ağır ifadələr işlədib. Məsələ iki gündür sosial şəbəkələrdə müzakirə mövzusudur.
Manset.az baş verən bu qalmaqalla bağlı məsələni diqqətdə saxlayıb. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Çingiz Abdulayevin təhqir etdiyi jurnalistə “biz rayonlardan gələn nümayəndələrə, bölmə rəhbərlərinə yolpulu vermişik” ifadəsi ilə bağlı araşdırma edib. Məlum olub ki, birliyin bir sıra rayon nümayəndələri qurultayda iştirak etməyiblər. İştirak edənlər isə öz hesablarına, şəxsi maşınları ilə gəliblər.
Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin rəhbəri Fikrət Aslan:
“Mən qurultayın vaxtını unutmuşdum. Yadımdan çıxmışdı deyə iştirak etməmişəm. Həmin vaxt zəng etdilər, dedim ki, bağışlayın, yaddan çıxarmışam. Onlar da məni başa düşüblər”.
Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin rəhbəri Qafar Cəfərli:
“Mən də birliyin cənub bölməsinin rəhbəri kimi 11 nəfərlə qurultayda iştirak etmişəm. Bizdə altı rayon nümayəndəliyi var. Hərə öz maşını ilə qurultaya gedib. Maşını olmayanları da yoldaşlar götürüblər, bir yerdə getmişik. Nə pul? Nə yol xərci? Biz heç onları görmüşük ki, yol xərci də alaq? Öz təşəbbüsümüzlə getmişik.”
Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan bölməsinin rəhbəri Asim Yadigar:
“Bizə nə lazımdır, olunub, çağırıblar, təyyarə ilə gəlmişik. Anket doldurmursunuz ki, hər şeyi soruşursunuz... Hər şey olunub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Müharibəni biz yox, Ukrayna başladıb
20:14 01.10.2026
Aktual
Fransadan sonra Belçikada da şagirdlər kütləvi etiraza qalxdı
20:09 01.10.2026
Dünya
Britaniya səfiri İran XİN-ə çağırılıb
19:48 01.10.2026
Dünya
Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşdü
19:31 01.10.2026
Siyasət
Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub
19:16 01.10.2026
Dünya
Çinlə əlaqələrimizin kökü əsrlər əvvələ gedib çıxır - ŞƏRH
19:14 01.10.2026
Gündəm
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya