Bakıda Nizami Gəncəviyə həsr olunmuş iki kitabın təqdimatı olub
Yusif Nəzərli
19:00 03.11.2021
Ədəbiyyat
2261
VIII Qlobal Bakı Forumu çərçivəsində Bakıda dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş iki kitabın təqdimatı olub.
“Report” xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqanın “Nizami Gəncəvinin yeddi gözəli və ədəbiyyata dair digər esselər”, həmşinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldinin “Nizami Gəncəvi: Şair və müdrik” nəşrlərinin təqdimatı olub.
Mərasimdə çıxış edən Vayra Vike-Freyberqa kitabı Bakı kimi gözəl şəhərdə təqdim etməkdən şad olduğunu qeyd edib. O, VIII Qlobal Bakı Forumunun açılışını səbirsizliklə gözlədiyini və bu forumda çox mühüm məsələlərin müzakirə olunacağını vurğulayıb.
Müəllif kitabını dahi şair Gəncəviyə, xüsusən onun ölməz “Yeddi gözəl” poemasına həsr etdiyini bildirib.
Nizami Gəncəvi yaradıcılığının dünya ədəbiyyatı üçün əhəmiyyətini ikinci kitabın müəllifi İsmayıl Serageldin də vurğulayıb.
İkinci kitabın müəllifi İsmayıl Serageldin də Nizami Gəncəvi yaradıcılığının dünya ədəbiyyatı üçün əhəmiyyətini qeyd edib.
O bildirib ki, pandemiyaya baxmayaraq, müasir texnologiyalar sayəsində bu gün tədbirə gələ bilməyənlər də öz fikirlərini bölüşə və Bakı Qlobal Forumunda müzakirələrdə iştirak edə biləcəklər. İ.Seragəldin bütün dünya üçün belə çətin bir zamanda bu cür tədbirin keçirilməsinin vacibliyini vurğulayıb.
Robert Kennedi adına İnsan Haqları Fondunun prezidenti Kerri Kennedi videomüraciətində qeyd edib ki, o, əvvəllər Qlobal Forumda iştirak etmək üçün Azərbaycanın paytaxtına səfər etmək şərəfinə nail olub və başqa ölkədə belə miqyaslı və əhəmiyyətli tədbiri nadir hallarda görüb. O qeyd edib ki, dünya tədricən pandemiyadan sonrakı dövrə keçir. Kerri Kennedi xüsusən vaksinlərin bütün dünyada ədalətli paylanmasının vacibliyini vurğulayıb.
Kerri Kennedi çıxışında iqlim dəyişikliyi məsələsini də qaldırıb. Onun sözlərinə görə, bütün ölkələr qlobal iqlim dəyişikliyini dayandırmaq üçün çalışmalıdırlar. Kerri Kennedi xüsusən təmiz enerjiyə keçidin vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz rayonunda ölümlə nəticələnən ağır qəza baş verib
23:13 03.06.2026
Hadisə
İran Parlamentinin sədri: Ölkəmizə qarşı boş təhdidlər dövrü bitib
22:50 03.06.2026
Dünya
ABŞ Ukrayna ilə bağlı bu il müsbət xəbərlər gözləyir
21:57 03.06.2026
Dünya
DÇ-2026: İran millisinin oyunçuları viza aldılar
21:44 03.06.2026
Futbol
Rubio: ABŞ Ukraynada sülh səylərini bərpa etməyə hazırdır
21:16 03.06.2026
Dünya
Tramp Türkiyəyə səfər edəcək
21:04 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi - YENİLƏNDİ
20:52 03.06.2026
Hadisə
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat