İstanbulda "Türk dünyasından Şuşaya -Şuşadan Türk dünyasına" kitabı təqdim olunub - FOTO
Yusif Nəzərli
12:31 16.01.2023
Ədəbiyyat
2234
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına layihəsi həyata keçirilir. Layihə çərçivəsində Türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunub.
"Sherg.az" xəbər verir ki, "Türk dünyasından Şuşaya - Şuşadan Türk dünyasına" adlı kitabda Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan və Qırğız Respublikasından olan yazarların Şuşa mövzusunda qələmə aldıqları şeir, məqalə, esse və hekayə janrlarında olan qələm örnəkləri yer alıb. Adıçəkilən kitabın Türkiyənin İstanbul şəhərində Türk Ədəbiyyatı Vəqfinin konfrans salonunda təqdimat törəni təşkil olunub. Bu barədə məlumat verən Dünya Gənc Türk Yazarlar Birliyi başqanı İntiqam Yaşar bildirib ki, tədbirdə Türkiyənin və Azərbaycanın ədəbiyyat nümayəndələri, media nümandələri və oxucular iştirak edib.
Tədbiri giriş sözü ilə Türk Ədəbiyyatı Vəqfinin başqanı, görkəmli şair Sərhat Kabaklı açaraq Şuşa şəhərinin Azərbaycan üçün mənəvi dəyərindən, Azərbaycanın qazandığı qələbədən, Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunmasının önəmindən bəhs edib. Sonra layihə haqqında məlumat vermək üçün layihə rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar çıxış edib. Türk dünyası gənc yazarlarının Şuşaya ünvanlanmış mətnlərindən ibarət kitabın önəmindən bəhs edərək, irəliyə yönəlik bu kimi nəşrlərin artacağına ümid etdiyini ifadə edib.
Daha sonra tədbirdə iştirak edən Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi Səbinə Cabbarova, kitabda yazısı yer alan müəlliflərdən Türk Ədəbiyyatı dərgisinin yazı işləri müdiri Ənvər Aykol, Türk dünyasının tanınmış ozanı Əsat Kabaklı, kitabda yazısı yer alan müəlliflərdən, Dr. Dərya Akdemir, tanınmış Azərbaycan yazarı, Aygün Həsənoğlu, tanınmış yazar Oktay Hacımusalı, Türkiyənin tanınmış yazarı İnci Okumuş, Azərbaycanın istedadlı gənc yazarı Günel Şamilqızı, Türk Ədəbiyyatı Vəqfinin əməkdaşı Səadət Örməçi və s. Şuşa mövzusunda anlamlı çıxışlar ediblər, layihənin önəmindən bəhs ediblər. Şuşa şəhərində çəkilmiş foto şəkillər nümayiş olunub, tədbir iştirakçılarına geniş məlumatlar verilib. Sonda təltifetmə baş tutub, plaket və diplomlar təqdim olunaraq xatirə fotosu çəkilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu husilərə qarşı müharibəyə hazır olduğunu bəyan etdi
16:07 11.09.2026
Aktual
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya