Mart ayının ən çox oxunanı… Serpantin…
13:58 11.04.2021
Ədəbiyyat
1708
“Qanun” nəşriyyatı hər ay olduğu kimi, mart ayında da ən çox oxunan kitabların siyahısını müəyyənləşdirib. Nəşriyyatdan ən çox satılan kitabların iyirmilik siyahısı ictimaiyyətə təqdim olunub.
Siyahıda ilk yer alan, mart ayının ən çox oxunanı Pərvinin “Serpantin” kitabıdır. Kitabda müəllifin "Xalis xilas", "Dəniz aptek", "Ala qarğa", "Yollar yorğunu", "Serpantin", "Hava limanı", "Xəyanət", "Kəfən pulu", "Piqmalion", "Avara bağı", "Çarəsiz yalan" hekayələri və "Mən öləndə ağlama" monopyesi yer alıb.
Mənəviyyatımızın başkəndi sayılan Şuşaya həsr olunmuş "Çarəsiz yalan", müəllifin yaşam səbəbi olan yeganə övladının xilaskar missiyasından bəhs edən "Xalis Xilas", qədim yunan əsatirini əks etdirən "Piqmalion", Qarabağ qazisinin yaşantılarının ən incə cizgilərinə qədər xatirəyəbənzər söhbət şəklində oxucuya təqdim edən "Yollar yorğunu" və digər hekayələr geniş oxucu auditoriyası tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Bu hekayələrdən “Çarəsiz yalan” rus, türk, ingilis, latış dillərinə tərcümə olunub, müxtəlif festivallarda təqdimatı keçirilib, ədəbi dərgi və almanaxlara daxil edilib.
Yazarın "Mən öləndə ağlama" lirik monopyesi rus və türk dillərinə çevrilib, Gənc Tamaşaçılar Teatrı səhnəsində əsərə quruluş verilib. Quruluşçu rejissoru Ayla Osmanova, ifaçısı Səbinə Məmmədova olan monotamaşa Bakıda Teatr Xadimləri İttifaqının Baxış festivalında, 2019-cu ilin payızında Türk dünyasının mədəniyyət paytaxtı, Qırğızıstanın Oş şəhərində keçirilən "Art – Ordo" VII Beynəlxalq Teatr Festivalında mükafata layiq görülüb, eyni zamanda 2020-ci ilin fevralında Türkiyədə Diyarbakır Mordem Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən Solo Beynəlxalq Teatr festivalında böyük pərəstiş və alqışla qarşılanıb.
Xatırladaq ki, bu günlərdə “Serpantin” kitabında yer alan hekayələr və monopyes yazıçı –tərcüməçi İmdat Avşar tərəfindən türk dilinə çevirilərək “Hava limanı” adı ilə İstanbulda Turay yayın evində işıq üzü görüb.
Qanun nəşriyyatının mart ayı üçün tərtib olunan iyirmiliyində ilk pillədə dayanan “Serpantin”i "Bakı Kitab Mərkəzi"ndən, "Əli və Nino" mağazalarından və "Qanun" satış nöqtələrindən almaq, həmçinin nəşriyyatdan online qaydada sifariş etmək mümkündür.
Xəyalə ZƏRRABQIZI
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz rayonunda ölümlə nəticələnən ağır qəza baş verib
23:13 03.06.2026
Hadisə
İran Parlamentinin sədri: Ölkəmizə qarşı boş təhdidlər dövrü bitib
22:50 03.06.2026
Dünya
ABŞ Ukrayna ilə bağlı bu il müsbət xəbərlər gözləyir
21:57 03.06.2026
Dünya
DÇ-2026: İran millisinin oyunçuları viza aldılar
21:44 03.06.2026
Futbol
Rubio: ABŞ Ukraynada sülh səylərini bərpa etməyə hazırdır
21:16 03.06.2026
Dünya
Tramp Türkiyəyə səfər edəcək
21:04 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi - YENİLƏNDİ
20:52 03.06.2026
Hadisə
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat