
Nəvəsi: “Əhməd Cavadın nəşinin qalıqlarının tapılacağını gözləyirik”
Nəvəsi: “Əhməd Cavadın nəşinin qalıqlarının tapılacağını gözləyirik”
08:23 06.06.2024
Ədəbiyyat
2038
Anar Axundzadə: “İslam qaydası ilə dəfn edərdik. Bilərdik ki, babamızın ziyarət məkanı haradır”
“Bilirik ki, o yer xalqımızın ən əziz ziyarət yerlərindən biri olacaq. Bu, bizim ailəmizin ən böyük arzusudur”
Mikayıl Müşfiqə aid olduğu iddia edilən meyit qalıqları üzərində DNT analizləri aparılıb, həmin qalıqların ona aid olmadığı təsdiqlənib. Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov deyib. O bildirib ki, şairə aid olması ehtimal edilən aşkar olunmuş bütün sümük qalıqları üzərində DNT analizləri aparılıb: “Bu analizlərin heç biri təsdiqini tapmadı. Tapılan qalıqların heç biri Mikayıl Müşfiqə aid olmadı”. Ədalət Həsənov onu da vurğulayıb ki, Mikayıl Müşfiqin sümük qalıqları bu günə qədər hələ aşkar edilməyib. Qeyd edək ki, bir neçə il əvvəl Qaradağ rayonu Puta qəsəbəsində cəsəd qalıqları tapılıb və bu qalıqların Mikayıl Müşfiqə aid ola biləcəyi ehtimal edilib. Ehtimallara səbəb, 1937-ci ildə repressiyaya məruz qalmış Azərbaycanın bir çox görkəmli şəxslərinin - şair və yazıçılar, alimlər, tədqiqatçılar barəsində çıxarılan ölüm hökmü icra olunduqdan sonra meyitlər Qaradağ ərazisində basdırılıb. Bu şəxslərin hansı şəraitdə və dəqiq harada basdırıldığı hələ də naməlumdur. Son illərdə isə bu məsələyə azacıq da olsa işıq salınmaqdadı. Qaradağ rayonunun Puta qəsəbəsində aşkarlanan insan sümükləri belə ehtimala əsas verir ki, bu qalıqlar repressiya olunmuş şəxslərə məxsusdur. Oxşar ehtimal bir neçə il öncə istiqlal şairi Əhməd Cavad haqqında da səslənib. Əhməd Cavad da Stalin repressiyasının qurbanı olduğu üçün onun da Puta qəsəbəsində dəfn edilə biləcəyi ehitmal olunurdu. Hətta ərazidə aşkarlanmış insan sümükləri qalıqlarının şairə aid olub-olmadığını dəqiqləşdirmək üçün Əhməd Cavadın nəvəsi Anar Axundzadə aidiyyəti orqana dəvət edilərək ondan DNT analizi götürülmüşdü. Anar Axundzadə “Şərq”ə verdiyi müsahibədə babasının nəşinin tapılacağına ümid etdiyini də söyləmişdi. Lakin Əhməd Cavad nəslinin arzusu gerçəkləşməyib.
Mikayıl Müşfiqlə bağlı yayılan növbəti xəbər Əhməd Cavad nəslinin davamçılarını yenə ümidləndirib.
Əhməd Cavadın nəvəsi Anar Axundzadə “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Mikayıl Müşfiq haqqında verilən xəbərdən məlumatlıdır:
- Mən də bu xəbərlə tanış olmuşam. Bildirilir ki, qalıqların Mikayıl Müşfiqə aidliyi təsdiq olunmayıb. 2018-ci ildə də bu məsələ qalxmışdı. O zaman da aşkarlanan qalıqların Müşfiqə aid ola biləcəyi deyilirdi. Sonra Əhməd Cavadın nəşinin qalıqlarının da həmin ərazidə ola biləcəyi ehtimal edildi. Məni dəvət etdilər, DNT analizi götürüldü. O vaxt da bizə bildirdilər ki, bu, çox uzun çəkən proses olacaq. Çünki çoxlu sayda qalıqlar var. Amma tam skelet yoxdur. Bu hadisədən sonra mən bir neçə dəfə əlaqə saxladım, dedilər, hələ bir xəbər yoxdur. O gündən sonra bir xəbər çıxmayıb. Suallarımı bilmirəm kimə, hara yönəldim, hara müraciət edim...

Anar Axundzadə Əhməd Cavadın nəşinin qalıqlarının tapılacağına bu gün də ümid etdiyini dedi:
- Biz də gözləyirik, tapılsaydı, çox gözəl olardı. İslam qaydası ilə dəfn edərdik. Bilərdik ki, babamızın ziyarət məkanı haradır. Məzarı üstünə gedərdik, dua edərdik. Mən inanıram, əminəm ki, Əhməd Cavadın nəşinin qalıqları tapılıb konkret bir məzarlıqda, haradasa dəfn edilsə, o yer xalqımızın ən əziz ziyarət yerlərindən biri olacaq. Bu, bizim ailəmizin ən böyük arzusudur. Ümid edirik ki, nə vaxtsa tapılacaq.
Anar Axundzadə Əhməd Cavadın ana tərəfdən qohumlarının da DNT analizinə cəlb edilə biləcəyi barədə məlumatlara toxundu:
- Bildiyim qədər ana tərəfdən qohumlardan kimsə həyatda deyil artıq. Həm də DNT analizi üçün əsasən atanın nəslinin davamçılarından, yəni ata xətti ilə olanlardan analiz götürülür. Mən də analiz vermişəm. Məncə, bu, kifayətdir. Qalıqlar aşkarlandıqca, götürülmüş analizlərlə tutuşdurulacaq, əgər kiçicik bir ümid işığı görünəcəksə, bizə xəbər veriləcək.
Anar Axundzadə qeyd etdi ki, 1937-ci il repressiya qurbanlarının harada güllələndiyi, harada basdırıldığını tarixçilər, tədqiqatçılar araşdırmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Rusiya Ermənistana qazı ucuz satmır
13:06 11.09.2026
Region
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya