Sirop və maye dərmanların satışı dayandırılır
Yusif Nəzərli
21:24 21.10.2022
Ədəbiyyat
2995
Bəzi öskürək və soyuqdəymə dərmanları kəskin böyrək zədələnməsinə gətirib çıxarır
Pediatr Reyhan Bayramova: "12 yaşa qədər uşaqlarda kombinə olunmuş qızdırma salan preparatlardan istifadə etmək məsləhət deyil”
İndoneziyada 100-ə yaxın uşağın ölümündən sonra bütün sirop və maye dərmanların satışı dayandırılıb. Belə ki, yerli səhiyyə qurumu bəzi öskürək və soyuqdəymə dərmanlarının kəskin böyrək zədələnməsinə və son bir ildə 99 uşağın ölümünə səbəb olduğunu bildiriblər. Məlumata görə, hazırda dərmanlara görə 200 uşaqda böyrək zədələnməsi hadisəsi aşkar edilib. Onların əksəriyyətinin yaşı beşdən aşağıdır.
Xatırladaq ki, bir müddət əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 70-ə yaxın uşağın ölümünə səbəb olan dörd öskürək və soyuqdəymə siropu (“prometazin” oral məhlulu, uşaqlar üçün “Kofexmalin” və “Makoff” öskürək siropları, həmçinin soyuqdəyməyə qarşı “Magrip N” siropu) ilə bağlı xəbərdarlıq edib. Hindistan əczaçılıq şirkəti tərəfindən istehsal edilən sözügedən preparatların tərkibində dietilen qlikol və etilen qlikolun qəbuledilməz səviyyədə olduğunu bildirib. ÜST rəsmiləri bildiriblər ki, bu siroplar potensial olaraq kəskin böyrək zədələnməsinə səbəb olur. İndoneziya Səhiyyə Nazirliyinin açıqlamasında, ölkədə istifadə edilən bəzi maye dərmanlarda eyni kimyəvi komponentlərin istifadə edildiyi bildirilib: “Beş yaşından kiçik uşaqlara verilən siropların bəzilərinin tərkibində olması lazım olduğundan daha çox dietilen qlikol və etilen qlikol olduğu ortaya çıxıb”, - deyə Səhiyyə Nazirliyindən bildirilib. Lakin bu zəhərli preparatların neçə nəfərə təsir etdiyi açıqlanmayıb. Yerli mütəxəssislər İndoneziyada faktiki ölüm nisbətinin daha yüksək ola biləcəyini bildirib. İndoneziya hökuməti uşaqlarda xəstəlik və ölümə səbəb olan siropların növlərini və markalarını hələ açıqlamayıblar. Hazırda ölkədə bütün sirop və maye dərmanların satışı dayandırılıb.
Pediatr Reyhan Bayramova “Şərq”ə açıqlamasında deyib ki, preparatların dozasına və qəbul qaydasına diqqət etmək lazımdır:
"12 yaşa qədər uşaqlarda kombinə olunmuş qızdırma salan preparatlardan istifadə etmək məsləhət deyil. Bu yaşda olan uşaqların qızdırmasının salınması üçün yalnız parasetamol və ibuprofen tərkibli preparatlar istifadə edilməlidir. Uşaqlar üçün aspirin (asetil salisil turşusu) preparatı ehtiyatla istifadə edilməlidir".
Öskürək siroplarının zərərinə gəldikdə isə pediatr deyib ki, dərman preparatları ilə bağlı məsələ tez-tez yenilənir: "Əvvəllər yeni istifadəyə verilən dərmanlar haqqında da zərərlidir, öldürür kimi ifadələr deyilirdi. Halbuki neçə nəsil uşaqları o dərmanlarla böyüdü. Bir müddət sonra isə həmin dərmanlar şəbəkədən çıxarılıb, zərərli olduğunu bəyan etdilər. Valideynlər də haqlı olaraq çaş-baş qalırlar ki, axı o vaxt bizə bu dərmanların yaxşı olduğunu deyirdilər. Deməyim odur ki, təbabət tez-tez dəyişən bir sahədir. Yeni icadlar olur. İctimaiyyətə məlumat verəndə gərək çox ehtiyatlı olaq. Həm həkimlər, həm də əczaçı terapiya ilə məşğul olan laboratoriyalar, elmi mərkəzlər, institutlar diqqətli olmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukrayna ilə bağlı bu il müsbət xəbərlər gözləyir
21:57 03.06.2026
Dünya
DÇ-2026: İran millisinin oyunçuları viza aldılar
21:44 03.06.2026
Futbol
Rubio: ABŞ Ukraynada sülh səylərini bərpa etməyə hazırdır
21:16 03.06.2026
Dünya
Tramp Türkiyəyə səfər edəcək
21:04 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi - YENİLƏNDİ
20:52 03.06.2026
Hadisə
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm