Ərdoğan Paşinyanla telefon danışığı aparıb
Yusif Nəzərli
19:59 18.06.2024
Gündəm
443
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Sherg.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.
Telefon danışığı zamanı Paşinyan Rəcəb Tayyib Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib. Ərdoğan da öz növbəsində Paşinyanı qarşıdan gələn İsa Məsihin Vardavar-Dönüşmə günü münasibəti ilə təbrik edib.
Bundan əlavə, Ərdoğan Ermənistanın şimal rayonlarında baş vermiş sel fəlakəti ilə bağlı Paşinyana başsağlığı verib. Hər iki lider Türkiyə ilə Ermənistan arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrini vurğulayıblar. Bu kontekstdə liderlər iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib və indiyə qədər razılaşdırılmış məsələləri təsdiqləyiblər. Liderlər həmçinin Türkiyə və Ermənistanın yüksək səviyyəli rəsmiləri arasında davam edən dialoqu məmnunluqla qeyd ediblər.
Onlar həmçinin regionda baş verən son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya
Xaçmazda oğurluq edən şəxs saxlanıldı
16:26 22.09.2026
Hadisə
Ukrayna ABŞ gəmilərini hədəfə aldı
16:22 22.09.2026
Dünya
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
16:10 22.09.2026
İnfrastruktur
Türkiyədə heyrətamiz: Bir nəfər bankdan 45 milyard çıxartdı
15:43 22.09.2026
Hadisə
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - FOTO
15:40 22.09.2026
Sosial
Peskov: Ukrayna üçün vəziyyət günü-gündən pisləşir
15:16 22.09.2026
Dünya
Azərbaycan İrana uçuşları dayandırıb?
14:53 22.09.2026
Aktual
İranı parçalamaq üçün etnik plan işə salındı
14:41 22.09.2026
Dünya
Netanyahu etirazlara görə Nyu-York səfərini qısaldır
14:39 22.09.2026
Gündəm