İran XİN: ABŞ nüvə sazişi üzrə danışıqlar ilə bağlı addım atmalıdır
17:05 16.07.2024
Gündəm
361
ABŞ ikitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində addım atmalı və nüvə sazişi üzrə danışıqlara başlamalıdır.
“Report” xəbər verir ki, bunu İran xarici işlər naziri səlahiyyətlərini müvəqqəti icra edən Əli Baqeri Kəni “Newsweek” jurnalına müsahibəsində bildirib.
“Bir dəfə ABŞ Prezidenti İranın Ali Rəhbərinə məktub göndərib və bununla bağlı cavab alıb. Bu, ilk dəfə idi. Amma ABŞ-nin yüksək rütbəli iranlı generalı öldürməklə (2020-ci ildə Qasım Süleymani) cinayət törətməsinə cavab olaraq ölkəmiz ABŞ hərbi bazasını (İraqın qərbindəki Ayn əl-Əsəd) bombalayıb. Odur ki, hazırda topun qarşı tərəfdə olduğunu hesab edirik”, - o vurğulayıb.
Xatırladaq ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya tərəfindən nüvə inkişafı ilə bağlı böhranı aradan qaldırmaq üçün İranla imzalanıb. Lakin 2018-ci ilin mayında ABŞ-nin sabiq Prezidenti Donald Tramp ölkəsinin nüvə sazişindən çıxdığını elan edib. Planın bərpası ilə bağlı danışıqlar 2021-ci ilin yazında Vyanada başlayıb, lakin nəticəsiz qalıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə