USAİD, “Amerikanın Səsi” və “Azadlıq” radiosunun fəaliyyəti təxribatçılıq üzərində formalaşmışdı -TƏHLİL
Yusif Nəzərli
13:00 19.03.2025
Cəmiyyət
539
Uzun illərdir ki, USAİD, “Amerikanın Səsi” və “Azadlıq” radioları özlərini “demokratiyanın və insan haqlarının müdafiəçisi” kimi təqdim edirlər. Lakin faktiki olaraq, bu qurumlar geosiyasi maraqlara xidmət edən alətlərdir. Onların əsas məqsədi bəzi ölkələrdə daxili sabitliyi pozmaq, cəmiyyətlərdə parçalanma yaratmaq və hökumətlərin legitimliyini şübhə altına almaqdır. USAİD rəsmi olaraq inkişaf və humanitar yardımla məşğul olan bir qurum kimi tanınır. Lakin tarixi təcrübə göstərir ki, bu təşkilat bəzi ölkələrdə hökumətləri zəiflətmək və cəmiyyətlərdə süni gərginlik yaratmaq məqsədilə istifadə edilir. Müxtəlif QHT-ləri maliyyələşdirərək, “vətəndaş cəmiyyəti” adı altında gizlənən qruplar vasitəsilə daxili proseslərə təsir etməyə çalışır.
Xüsusilə USAİD rəhbəri Samanta Pauerin anti-Azərbaycan fəaliyyəti bu kontekstdə diqqət çəkir. Eyni zamanda Amerikanın Səsi” və “Azadlıq” radiosu kimi media qurumları “müstəqil media” adı altında xüsusi siyasi gündəmi təbliğ ediblər. Uzun illərdir Azərbaycan əleyhinə informasiya müharibəsi apararaq ölkədə ictimai fikri manipulyasiya etməyə çalışıblar.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a vurğulayıb ki, USAİD, “Amerikanın Səsi” və “Azadlıq” radiosunun fəaliyyəti dünyanın bir sıra ölkələrində əsasən təxribatçılıq üzərində formalaşmışdı:
“Məlum olduğu kimi sözügedən media qurumları Amerikanın maraqları zəmnində çıxış edərək fəaliyyət göstərdikləri ölkələrdə ümumi dövlət maraqlarına ciddi şəkildə zərbələr endirirdilər və siyasi avantüra ilə məşğul olurdular. Onların Azərbaycana ziyanları çox dəyib və zaman-zaman siyasi həyatın təxribata çəkilməsində, yanlış məlumatların verilməsində iştirak ediblər. Müharibə dövründə də Azərbaycan əleyhinə fəaliyyət göstərilməsində həmin təşkilatların rolu danılmazdır. Azərbaycanın maraqlarıyla həmin qurumların fəaliyyəti üst-üstə düşmürdü. Onsuz da hazırda Amerika Birləşmiş Ştatlarında hakimiyyətdə olan Donald Tramp administrasiyası da media qrumlarının fəaliyyətinin məhdudlaşdırılması haqqında qərar imzalayıb. Mövcud durum göstərir ki, həmin təşkilatlar təkcə Azərbaycanla deyil öz fəaliyyət göstərdiklərə ölkələrə qarşı da birmənalı deyillər. Dünyanın bir çox dövlətlərində, xüsusilə də keçmiş Sovet ölkələrində bu media qurumlarının göstərdikləri fəaliyyətlər, məsələlərə qərəzli yanaşmaları, dövlətlərin daxili işlərinə qarışması və azad mediadan daha Amerikanın maraqlarını təmin etməsi heç kəs tərəfindən qəbuledilən deyil. Buna görə də onların fəaliyyətinin dayandırılması ilə bağlı müəyyən addımlar atıldı və bu tamamilə qanuni haldır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Qurbanov: Vacib qələbə əldə etdik
23:50 13.08.2026
Futbol
Misir Məkkə Paktına qoşula bilər
23:35 13.08.2026
Aktual
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
22:58 13.08.2026
Dünya
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol