
İnfeksionist: Ştammların dəyişməsi klinik əlamətlərin də fərqlilik göstərməsinə səbəb ola bilər
08:49 03.07.2025
Sağlamlıq
357
Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlamətlərlə xarakterizə olunur.
Bəs görəsən, adını qoya bilmədiyimiz və ağır göstəricilərlə keçirilən xəstəlik əslində nədir? Onun ciddi fəsadları ola bilərmi?
Sherg.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-a açıqlamasında hal-hazırda Azərbaycanda COVID-19 infeksiyasının "Omikron" ştamının mövcud olduğunu bildirib:
"Azərbaycanda, həm də bir çox digər ölkələrdə COVID-19 infeksiyasının "Omikron" variantının bəzi altnövləri hələ də dövriyyədədir. Bu ştamlar yüksək yoluxuculuq qabiliyyətinə malik olsa da, sağlam və immun sistemi normal olan insanlarda xəstəlik əsasən yüngül keçir və bir neçə gün ərzində sağalma ilə nəticələnir.
Yüksək hərarət, boğaz ağrısı, burun axması və ya tutulması, öskürək, oynaq və əzələ ağrıları ilə müşahidə olunan hallar isə əksər hallarda müxtəlif respirator virus infeksiyaları ilə bağlıdır. Bu viruslar əsasən hava-damcı yolu ilə yayılır və xüsusilə insanların sıx toplaşdığı məkanlarda sürətlə yoluxma halları baş verir.
Bu cür simptomlarla müşahidə olunan infeksiyalar çoxdur və onların gedişatı şəxsin fərdi xüsusiyyətlərindən - xüsusilə immun vəziyyətindən asılı olaraq dəyişə bilər.
İnfeksiyalardan qorunmaq üçün ən effektiv vasitə - hava-damcı yolu ilə yayılan xəstəliklərə qarşı standart gigiyenik və profilaktik tədbirlərə əməl etməkdir. Buna maskadan istifadə, əllərin mütəmadi yuyulması, qapalı və izdihamlı məkanlardan uzaq durmaq kimi tədbirlər daxildir".
İnfeksionist Aytən Ziyadova "Sherg.az"a açıqlamasında bildirib ki, əvvəlki immunitet (infeksiya və ya peyvənd) tam qoruyucu olmaya bilər, amma ağırlaşmalara qarşı hələ də faydalıdır:

“Hazırda yayılan yeni simptomlar göstərir ki, bu virusun ya alt-variantları (məsələn, Omicron BA.5, JN.1, FLiRT və s.), ya da başqa respirator viruslarla qarışmış hallar müşahidə edilir”.
Ekspert yayılan viruslar arasında oxşar əlamətləri sadaladı:
“Yüksək hərarət (38°C və yuxarı), boğaz ağrısı, udqunma çətinliyi, halsızlıq, əzələ ağrıları, burun axması və tutulması, bəzən quru öskürək və baş ağrısı, iştahsızlıq, bəzi hallarda qastrointestinal əlamətlər olur. Bu əlamətlər yalnız koronavirusa deyil, həm də, influenza (qrip A və B), rinovirus, adenovirus, RSV (respirator sinsitial virus) kimi viruslara da aid ola bilər. COVID-19 virus infeksiyası üst tənəffüs yollarını zədələyən respirator virus infeksiyaları qrupuna aiddir. Müəyyən dövrlərdə infeksiyanın yeni dalğaları müşahidə oluna bilər ki, bu da virusun mutasiya nəticəsində formalaşmış yeni ştammlarının yaranması ilə əlaqədardır. Ştammların dəyişməsi klinik əlamətlərin də fərqlilik göstərməsinə səbəb ola bilər. Epidemioloji vəziyyətin necə inkişaf edəcəyi və pandemiyanın yenidən baş verib-verməyəcəyi barədə isə indidən konkret fikir bildirmək mümkün deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya