"Microsoft"un qurucusu Bill Qeyts qalmaqallı maliyyəçi Ceffri Epşteynlə əlaqələri barədə sualları cavablandırmaq üçün iyunun 10-da yenidən ABŞ Konqresi qarşısında çıxış edəcək.
Oxu.Az bu barədə "RİA Novosti" agentliyinə istinadən xəbər verir.
"MS NOW" telekanalının jurnalisti Mikael Şnell sosial şəbəkədə bildirib ki, "Microsoft"un qurucusu "Epşteyn işi" üzrə aparılan araşdırma çərçivəsində protokol qaydasında ifadə vermək üçün çağırılıb.
Qeyd edək ki, Bill Qeyts martın əvvəlində artıq həmin komitə qarşısında sualları cavablandırmışdı. Təkrar çağırış onun Epşteynlə əlaqələrinin araşdırılmasının davam etdirilməsi ilə bağlıdır.