
Politoloq: Paşinyan Kilsəyə qarşı açdığı savaşdan geri çəkilməyəcək
Yusif Nəzərli
01:03 09.07.2025
Cənubi Qafqaz
497
Bu, onun özü üçün faciəli olar, siyasi karyerası başa çatar, hətta həbsi də gündəmə gələ bilər
Ermənistan Baş naziri Nikol Paşinyanla erməni Kilsəsi arasında qarşıdurma şiddətlənir. Baş nazir artıq hərəkətə keçib. Paşinyan Kilsənin "azad edilməsinə" şəxsən rəhbərlik edəcəyini bildirib. O, sosial şəbəkədə yazıb ki, şəxsən "anti-dövlət qruplaşması" tərəfindən ələ keçirilən erməni kilsəsinin "azad edilməsinə" rəhbərlik edəcək.
Qeyd edək ki, bundan əvvəl Ermənistandakı təhlükəsizlik qüvvələri iki yepiskopu saxlayıb, onlar hakimiyyəti qəsb etmək cəhdi ilə ittiham olunurlar.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a deyib ki, Baş nazir Nikol Paşinyan və erməni Kilsəsi arasındakı qarşıdurmada əsas səbəb hakimiyyət uğrunda mübarizədir. Ekspert vurğulayıb ki, Paşinyan hakimiyyəti tam dəqiqliyi ilə bilir ki, seçkilərədək erməni Kilsəsini zəiflətməzsə, Ermənistan cəmiyyətində nüfuzdan sala bilməzsə, o zaman onun öz hakimiyyətini qoruması o qədər də asan olmayacaq:

"Ən əsası Paşinyan hakimiyyəti daxilində belə bir qənaət formalaşıb ki, erməni Kilsəsi birbaşa Rusiya kəşfiyyatının nəzarəti altındadır. Eyni zamanda Kilsə Rusiyaya işləyən, Moskvanın təsir dairəsində olan radikal və revanşist müxalif düşərgənin də idarə olunmasında avanqard mərkəzdir. Ona görə də hesab olunur ki, əgər Kilsə zəiflədilərsə, onun rəhbərliyi, yüksək rütbəli keşişləri cəmiyyətdə nüfuzdan salınarsa, onlar haqqında ictimaiyyətdə mənfi rəy formalaşarsa, o zaman Ermənistanda növbəti parlament seçkilərinin nəticələri hakimiyyətin xeyrinə olar. Paşinyan hökuməti hətta bu hədəflərinə çatmaq üçün bir müddət öncə bəyan etdi ki, Ermənistanda xarici kəşfiyyat orqanlarının təsiri altında bəzi qüvvələr dövlət çevrilişinə cəhd göstəriblər. Dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunanların mütləq əksəriyyəti erməni Kilsəsinin keşişləri, artıq silahlı qruplaşma xarakteri daşıyan "Qarabağ klanı"nın təmsilçiləri, digər tərəfdən Daşnaksütyun Partiyasının üzvləri, nəhayət, Rusiyanın Ermənistandakı emmisarı, milyarder Samvel Karapetyandır. Genişmiqyaslı həbs prosesi təşkil olunub və davam edir. Paşinyan hakimiyyətinin hədəfində vaxtı ilə Ermənistana rəhbərlik etmiş şəxslər də var. Seyran Ohanyan kimi hərbi cinayətkarlar da həbs təhlükəsi ilə üzləşiblər. Onun deputat toxunulmazlığı ləğv olunub".
Analitik vurğulayıb ki, Paşinyan hökuməti növbəti parlament seçkiləri ərəfəsində Rusiyanın nəzarətində olan rus kəşfiyyatı tərəfindən idarə olunan Ermənistandakı əks qüvvələri təmizləməklə məşğuldur:
"Böyük ehtimal, Paşinyan hakimiyyəti seçkiyədək bu prosesi yekunlaşdırmağa çalışacaq. Ona görə də hesab etmək olar ki, N.Paşinyan Kilsəyə qarşı açdığı savaşdan geri çəkilməyəcək. Bu, onun özü üçün faciəli olar, siyasi karyerası başa çatar. Hətta həbsi də gündəmə gələ bilər. Paşinyan real təhlükənin fərqindədir. İlk növbədə Rusiyanın Ermənistandakı casus şəbəkəsini sıradan çıxarmağa çalışır. Hakimiyyətdə qalmasına problem yaradacaq qüvvələri zəiflədərək sıradan çıxarır. Hazırda Ermənistanda hakimiyyət uğrunda savaş başlayıb. Bu savaşda məğlub olan tərəf tamamilə sıradan çıxacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm