
Analitik: Tacikistan Azərbaycanın etibarlı tərəfdaşlarından biridir
14:14 10.10.2025
Siyasət
554
Tacikistan və Azərbaycan müstəqillik əldə etdikdən sonra inkişaf edən və möhkəmlənən dostluq və əməkdaşlıq əlaqələri ilə seçilirlər. İki ölkə arasında həm siyasi, həm iqtisadi, həm də diplomatik sahələrdə səmimi və etibarlı münasibətlər qurulub. MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən məhdud tərkibdə iclasında Prezident İlham Əliyev də Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl şəkildə inkişaf etdiyini vurğulayaraq, bu əlaqələrin qardaşlıq, dostluq və qarşılıqlı dəstəyə əsaslandığını bildirib.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a açıqlamasında Tacikistan və Azərbaycan arasındakı münasibətlərin iki ölkə müstəqillik qazandıqdan sonra güclənməyə başladığını bildirib:

"Bu münasibətlər hazırda da yüksələn xəttlə inkişaf edir. Heç bir zaman iki ölkə arasında problem olmayıb və Tacikistan Azərbaycanın etibarlı tərəfdaşlarından biridir. Münasibətlərdə bu bütün istiqamətlərdə-istər iqtisadi, istər siyasi, istərsə də diplomatik sahələrdə özünü göstərir. Azərbaycan hər zaman Düşənbədən xoş münasibət görür, eyni zamanda Düşənbə də Bakıdan isti münasibətin şahidi olur. Müxtəlif beynəlxalq platformalarda iki ölkə daim bir-birinə dəstək göstərir. Həmçinin iqtisadi sahədə həyata keçirilən birgə əməkdaşlıq gələcəkdə daha genişmiqyaslı layihələrin reallaşdırılmasına şərait yaradacaq. Tacikistan öz coğrafi mövqeyinə görə əhəmiyyətli bir ölkədir. Faktiki olaraq Mərkəzi Asiyanın açar dövlətlərindən biri sayılır. SSRİ dövründə də Azərbaycanla Tacikistan arasında geniş əlaqələr mövcud olub. Bu əməkdaşlığın tarixi kökləri var. Buna görə də bu münasibətləri davam etdirmək çətin deyil".
Ekspert qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Tacikistan Prezidenti Emoməli Rahmon arasında yüksək səviyyəli şəxsi münasibətlər var:
"Bu münasibətlər BMT-nin Düşənbədə keçirilən sammitində də aydın şəkildə özünü göstərdi. Liderlər arasında isti münasibət, qarşılıqlı hörmət və etimad iki ölkə arasında strateji tərəfdaşlığın əsasını təşkil edir. Prezident İlham Əliyevin Tacikistana səfəri zamanı yüksək səviyyədə qarşılanması və göstərilən hörmət onu göstərir ki, Tacikistanda Azərbaycan dövlət başçısına və ümumilikdə Azərbaycan xalqına böyük rəğbət və ehtiram var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya