"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı

UEFA Çempionlar Liqası tarixinin ən gənc oyunçularından biri olan Max Douman növbəti rekorda imza atıb.

Teleqraf xəbər verir ki, 22 illik həsrətə son qoyaraq çempion olan "Arsenal"ın gənc ulduzu Premyer Liqa tarixində çempionluq yaşayan ən gənc futbolçu olub. O, bu uğura 16 yaş 139 günlüyündə nail olub.

Cəmi 16 yaşı olan yarımmüdafiəçi cari mövsümdə London klubunun heyətində 12 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Douman daha əvvəl Premyer Liqa tarixinin ən gənc qolçusu olmuşdu.